Alimlərdən yeni KƏŞF: Diz dəyişdirmə əməliyyatı zamanı ağrıları azaltmağın yolunu tapdılar

Alimlərdən yeni KƏŞF: Diz dəyişdirmə əməliyyatı zamanı ağrıları azaltmağın yolunu tapdılarTədqiqatçılar diz dəyişdirmə əməliyyatı zamanı morfinin birbaşa ayaq sümüyünə yeridilməsi ilə ağrıları aradan qaldırmağın yeni yolunu tapıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bu nəticəyə tam diz dəyişdirilməsi keçirən 48 xəstəni əməliyyat etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri "Journal of Arthroplasty" jurnalında dərc olunub. Tədqiqatçılar əməliyyat zamanı ayaq sümüyünə morfin yeridilməsi nəticəsində xəstələrin sonrakı ağrılarının standart müalicə ilə müqayisədə daha az olduğu qənaətinə gəliblər.
Hyuston Metodist Xəstəxanasının ortopedik cərrahı Dr.Kvan Park bildirib ki, ağır artritin müalicəsi üçün həyata keçirilən total diz dəyişdirilməsi ümumi bir prosedurdur. Uzun illər əvvəl xəstələr ağrıları aradan qaldırmaq üçün böyük dozada opioidlər qəbul edərək xəstəxanada bir neçə gün keçirirdilər. Tədqiqatın məqsədlərindən biri də əməliyyatdan sonra oksikodon və hidrokodon kimi həftələrlə içilən opioid ağrı dərmanlarına olan ehtiyacı azaltmaqdır. Çünki bu dərmanlar asılılıq yaratmaqla yanaşı, ürəkbulanma və qəbizlik kimi yan təsirlərə də səbəb ola bilir.
Yeni tədqiqat üçün tədqiqatçılar dərmanın birbaşa sümük iliyinə yeridildiyi intraosseous infuziya üsulundan istifadə ediblər. Tədqiqat zamanı xəstələr iki qrupa bölünüb. Birinci qrupa standart anesteziya verilib və ayaq sümüyünə antibiotik vurulub.  Digər qrupa isə sümüyə morfin əlavə edilib.
Tədqiqat orta hesabla, morfin yeridilən xəstələrin əməliyyatdan sonrakı iki gün ərzində daha az ağrı yaşadıqlarını müəyyən edib. Belə ki, onların ağrıları standart miqyasda 40% -dən 49% -ə qədər aşağı olub. Xəstələr həmçinin əməliyyatdan sonra iki həftə ərzində daha az opioidlərdən istifadə ediblər.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sağlamlıq       Tarix: 20 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag sonxəbərlər cəbhədən son vəziyyət butun xeberler