Almaniya səfiri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə məlumatlandırıldı
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı yeni təyin olunmuş səfiri Aleksandr Qraf Lambsdorfu qəbul edib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, P.Bülbüloğlu həmkarını səfir təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Azərbaycan səfiri qonağa Rusiyadakı diplomatik korpusun duayeni qismində fəaliyyəti və bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər və əhəmiyyətli mədəni layihələr barədə məlumat verib.
Almaniya səfiri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı son proseslərlə maraqlanıb.
P.Bülbüloğlu almaniyalı həmkarına Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib, regionda baş verən son hadisələr və müasir reallıqlar barədə ətraflı danışıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər məsələləri müzakirə olunub.
A.Lambsdorff öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və çox maraqlı söhbətə görə təşəkkür edib.
Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi