Almaniyada "mühacir alveri"nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək
Almaniyada "mühacir alveri"nin qurbanı olan azərbaycanlı ailə deportasiya ediləcək
Almaniyada saxta sənədlə qaçqın statusu alan azərbaycanlı "mühacir alveri" qurbanlarının işinə yenidən baxılır.
Report-un məlumatına görə, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) iddiası ilə ilk məhkəmə prosesi Bonn Şəhər İdarə Məhkəməsində keçirilib.
2015-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən beş nəfərdən ibarət azərbaycanlı ailəyə verilmiş qaçqın statusu ləğv edilib.
BAMF azərbaycanlı ailə ilə bağlı verdiyi qərarda göstərib ki, sığınacaq ərizəsində qeyd edilən sübutlar həqiqəti əks etdirmir. Məhkəmə araşdırması zamanı məlum olub ki, Almaniyaya gəlməmişdən qabaq onlar Azərbaycanda heç bir siyasi partiyanın üzvü olmayıb, təzyiq və təqibə məruz qalmayıblar.
Onlar Almaniyaya gələndən sonra guya təzyiq və təqib olunmaları ilə bağlı saxta sənədləri hazırda "mühacir alveri" işi ilə bağlı saxlanılan Azərbaycan vətəndaşından pul qarşılığında alıblar.
Federal məhkəmə təqdim olunan bütün sənədləri araşdırdıqdan sonra azərbaycanlı ailənin qaçqın statusunun ləğvi və ölkədən çıxarılması ilə bağlı qərar verib.
Almaniya koronavirus pandemiyası səbəbindən sığınacaq axtaranların deportasiyası ilə bağlı prosedurları həyata keçirə bilmədiyindən, azərbaycanlı ailənin ölkədən çıxarılması qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrında Almaniyanın altı əyalətində aralarında Azərbaycan vətəndaşlarının da olduğu "mühacir alveri" ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlarla bağlı məhkəmə prosesi hələ də davam edir. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb