Almaniyalı nazir: 'Plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır
Dünayada plastik istehsalı tez və əhəmiyyətli dərəcədə azaldılmalıdır.
Bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, plastiklər qlobal istixana qazı emissiyalarının təxminən 4 %-ni təşkil edir: "Əsrin sonuna qədər plastik istehsalı iki, hətta üç dəfə arta bilər. Bu o deməkdir ki, emissiyalar artmaqda davam edəcək. Yəni, bu sürətlə plastik istehsal və istifadə etməyə, artırmağa davam etsək, iqlim hədəflərimizə çatmayacağıq. Biz plastik istehsalını tez və əhəmiyyətli dərəcədə azaltmalıyıq. Məsələ yalnız plastikləri kağızdan hazırlanan birdəfəlik məhsullarla əvəz etmək deyil. Kağız istehsalı da çoxlu enerji və qiymətli ağac tələb edir. Həll yolu daha az qablaşdırma və ən əsası təkrar istifadə edilə bilən qablaşdırmadır. Bu, tullantıları azaldır və qiymətli resurslara qənaət edir".
Qonaq əlavə edib ki, resurs istehlakını azaltmağın vaxtıdır: "Çünki xammalın çıxarılması və istifadəsi çoxlu su sərf edir, bitkiləri, heyvanları və yaşayış yerlərini məhv edir. Onlar böyük istixana qazı emissiyalarına səbəb olurlar. Buna görə də dairəvi iqtisadiyyat iqlim dəyişikliyi ilə mübarizə səylərində daha böyük rol oynamalıdır".
///report

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi