Almaniyalı nazir: "Su üzrə Bakı Dialoqu konkret fəaliyyətlərə böyük töhfə verə bilər

Almaniyalı nazir: İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu mühüm müzakirələrə və konkret fəaliyyətlərə təkan verəcək.
azxeber.com xəbər verir ki, bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke COP29 çərçivəsində keçirilən "İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik" adlı tədbirdə bildirib.
"Hazırda biz daha çox quraqlıqlar, artan su qıtlığı və dağıdıcı daşqınlarla üzləşirik. Su böhran simvolu deyil, həllin ayrılmaz hissəsi olmalıdır. Buna görə də COP rəhbərliyinin su məsələsinə diqqət yetirməsini yüksək qiymətləndiririk. Bakı Dialoqu diqqətli müzakirələrə və konkret tədbirlərin həyata keçirilməsinə böyük töhfə verə bilər", - deyə nazir bildirib.
S. Lemke su məsələsinin müxtəlif siyasət sahələrinə sistemli şəkildə inteqrasiya edilməsinin zəruriliyini qeyd edib: "Bərpa olunmuş torf bataqlıqları böyük həcmdə karbon udur. Bununla yanaşı, su, uyğunlaşma proseslərinin əsas elementidir və qlobal uyğunlaşma məqsədləri üçün həyati əhəmiyyət daşıyır. Su siyasəti milli uyğunlaşma planlarının ayrılmaz hissəsi olmalıdır".
Nazir Bakı Dialoqunun qlobal su idarəçiliyi üçün vacib bir platforma olduğunu vurğulayaraq əlavə edib: "Biz bir-birimizdən su idarəçiliyi ilə bağlı çox şey öyrənə bilərik. Almaniya bu prosesdə fəal iştirak etməyə hazırdır. Suyun həyat mənbəyi kimi qorunması üçün birlikdə çalışmalıyıq".
S. Lemke suyun yalnız iqlim uyğunlaşması deyil, həm də qlobal dayanıqlılıq və həyat üçün əsas şərt olduğunu bir daha diqqətə çatdırıb.

Siyasi       Tarix: 21 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər