ANAMA azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara çağırış edib

ANAMA azad edilmiş ərazilərdəki yanğınlarla bağlı vətəndaşlara çağırış edibANAMA işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara çağırış edib.
Bu barədə azxeber.com-a ANAMA-nın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunur:
"Bu səbəbdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara çağırış edərək bildirir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər! Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar! Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər!
Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər.
Eyni zamanda, qeyd edək ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur. Lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir.
İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur".

Sosial       Tarix: 26 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. "Trend"ə istinadla xəbə

Qızıl almaq istəyənlərə vacib xəbər: Qiymətlər niyə düşmür?

Məhərrəm ayında qızıl bazarında alıcı sayının azalmasına baxmayaraq, qiymətlərdə nəzərəçarpacaq ucuzlaşma müşahidə edilmir. Bəs tələb aşağı düşdüyü halda qızıl niyə kəskin şəkildə ucuzlaşmır?. Mövzu ilə bağlı -a danışan iqtisadçı-eksper

Bakının mərkəzində bəzi evlər ucuzlaşıb

Daşınmaz əmlak bazarında mövsümi canlanma müşahidə olunur. Xüsusilə kirayə mənzil və bağ evi seqmentində tələb dəyişdiyi üçün qiymətlərdə və bazar aktivliyində müəyyən dalğalanmalar baş verir. Bununla yanaşı, mənzil alqı-satqıs

Azərbaycan nefti 109 dolları keçdi

Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında bir barelinin qiyməti əvvəlki göstəric

Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı - FOTOLAR

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. xəbər verir ki, hadisə rayon ərazisində, "Narbağı" adlanan sahədə park salınması zamanı qeydə alınıb. Belə ki

Belə evləri alanlar uduzur - Açıqlama

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. . Mənzili

Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI

2026-cı il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında bir sıra universitetlər üzrə artım, bəzilərində isə azalma qeydə alınıb. -un məlumatına görə, 2025-ci illə müqayisədə ən böyük say artım

Qızıl almaq istəyənlərin diqqətinə: Yeni qiymətlər məlum oldu

Qlobal bazarlarda qiymət dəyişiklikləri fonunda Azərbaycanda qızılın daxili satış qiymətləri yenilənib. KONKRET.azxəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, iyulun 20-nə olan məlumata görə, 99 əyyarlı təmiz qızılı

Bu MMC yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur

Dövlət Gömrük Komitəsinin (DGK) "Azterminalkompleks" Birliyi nəqliyyat vasitələri və texnikaların cari təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub. Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi "S


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag cəbhədən son məlumat ən son xeberler