Apteklərdən ucuz dərmanlar niyə "yoxa çıxıb"? - Həkim-radioloqdan AÇIQLAMA

Apteklərdən ucuz dərmanlar niyə Son dövrlərdə apteklərdə bəzi ucuz dərmanlar "yoxa çıxıb". Çox ucuz qiymətə aldığımız və faydasını gördüyümüz dərmanların əksəriyyəti heç bir aptekdə tapılmır. Bunun əvəzində isə əhaliyə daha bahalı dərmanlar təklif olunur.
Maraqlıdır, həmin dərmanlar niyə tapılmır? Problemin həlli istiqamətdə hansı işlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, həkim-radioloq Aydın Əliyev cavablandırıb.
O bildirib ki, əhalinin bahalı dərmanları almağa maddi gücü yoxdur:
"Azərbaycana ucuz dərmanların böyük əksəriyyəti Rusiya, Ukrayna, Belarus və digər keçmiş sovet ölkələrindən gəlir. Rusiya-Ukrayna arasında baş verən müharibə ilə bağlı bu ölkələrdən Azərbaycana dərman gətirilməsində problemlər yaşanır. Aidiyyəti qurumlar bu işlə təcili şəkildə məşğul olmalıdır. Tapılmayan dərmanların ucuz qiymətə apteklərdə satışını təşkil etmək lazımdır. Əhalinin sosial vəziyyəti yaxşı deyil. Belə dərmanların tapılmaması ciddi problemə çevrilib. Bəzi həkimlər də xəstələrə həmin dərmanların alternativlərini yazır. Alternativ dərman isə o dərmanlardan bəzən 10 dəfə baha ola bilir. İnsanların bu dərmanları almaq imkanı olmur".
Apteklərdən ucuz dərmanlar niyə Ekspertin fikrincə, Azərbayacan dərman istehsalını genişləndirməlidir:
"Təəssüf ki, ən sadə dərman preparatları belə ölkəmizdə istehsal edilmir. Bu çox ciddi və strateji problemdir. Hazırda dünyada müxtəlif proseslər gedir. Pandemiya, müharibə dünyanın iqtisadi inkişafına və idxal-ixrac əməliyatlarına ciddi təsir edir. Ona görə də, təcili olaraq zərruri dərman vasitəsilərinin istehsalına başlamalıyıq. Bildiyim qədərilə bu istiqamətdə bəzi işlər görülür. Lakin bu işlərin arealı genişləndirilməli və proses daha da sürətləndirilməlidir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 31 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


yeni xeberler son xeberler azerbaycan xeberleri novruz bayramı ən son xəbər cəbhədən xəbərlər valyuta mezennesi banklar