Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədi

Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədiErmənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib.
azxeber.com xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs rus dilində tərcüməçi, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Məhkəmə hazırlıq iclasında zərərçəkmişlərin, onların hüquqi varislərinin bir hissəsi və onların müdafiəçiləri də iştirak ediblər.
Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilinin vəsatətlərinə baxılıb.
Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət işinin materialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinə səmərəli hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsini məhkəmədən xahiş edib.
"Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq istəyirəm", - deyə o əlavə edib.
R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə tanış olmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilən şəxsin öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquq ədəbiyyatlarına çıxış imkanı yaradılmasını xahiş edib.
Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət bildirib.
Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaət prinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bu günə qədər iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verildiyini, o cümlədən ötən prosesdə təqsirləndirilən şəxsin vəsatəti əsasında istintaq materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının müddətinin lüzumsuz uzadılmasına qarşı çıxıb.
Daha sonra dövlət ittihamını müdafiə edən digər prokuror çıxış edərək vurğulayıb ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmayıb, ittiham aktı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilib, məhkəmə aidiyyəti qaydalarına riayət olunub.
Nəticədə prokuror təsirləndirilən şəxsin ittiham olunduğu maddələr üzrə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini, habelə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.
R.Vardanyanın vəkili isə cinayət işinin hazırkı mərhələdə baxışa verilməsinə etiraz edib, əlavə vaxt verilməsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
Sonra məhkəmə vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub.
Qərara əsasən, R.Vardanyanın cinayət işi materialları ilə tanış olmaq üçün əlavə vaxt verilməsi ilə bağlı və digər vəsatətləri təmin edilməyib.
Hakim qeyd edib ki, ibtidai istintaq yekunlaşdıqdan sonra təqsirləndirilən şəxsə iş materialları ilə tanış olmaq üçün vaxt verilib, daha sonra isə məhkəmə hazırlıq iclasının ilkin mərhələsində təqsirləndirilən şəxsə iş materialları ilə daha ətraflı tanış olmaq üçün əlavə vaxt verilib. Məhkəmə həmin müddətləri yetərli hesab etdiyindən vəsatəti təmin etməyib. Habelə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirini dəyişmədən saxlayıb.
Cinayət işi məhkəmə baxışına verilib və məhkəmənin növbəti iclası fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Daha sonra Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsin bir qismi, habelə onların nümayəndələri iştirak ediblər.
Əvvəlcə təqsirləndirilən şəxslərin - Bako Saakyanın, Erik Qazaryanın, Araik Harutyunyanın, Melikset Paşayanın, Arkadi Qukasyanın, Levon Mnatsakanyanın, Vasili Beglaryanın, Davit Allahverdiyanın vəkilləri çıxış edərək, yeni vəsatətlər təqdim ediblər.
Müdafiəçilər verilmiş ittihamların bir qisminin təqsirləndirilən şəxslərə aid olmadığını bildirərək, cinayət təqibinə həmin hissələrdə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxslər vəkillərinin vəsatətlərini müdafiə ediblər.
A.Harutyunyanın vəkili vəsatət verərək, sübut siyahısına əlavə olunması üçün məhkəməyə sənəd təqdim edib.
İttiham tərəfi həmin sənədin sübutlar siyahısına əlavə edilməsinə etiraz etməyib, lakin qeyd olunan sənədin mötəbərliyinin məhkəmə istintaqının gedişində tədqiq olunacağını bildirib.
Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə hissəvi xitam verilməsinə dair vəsatətlərin təmin olunmamasını xahiş edib.
Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri də çıxış edərək, ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
Prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində iştirak edən Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək, vəsatətlərin təmin olunmamasını xahiş edib.
Sonra prokuror çıxış edərək cinayət işi üzrə məhkəmə aidiyyəti qaydalarına riayət olunduğunu, prosessual sənədlərin tərtibatında səhvə yol verilmədiyini, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin edildiyini, onların barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını bildirib və məhkəmə baxışının təyin olunmasını təklif edib.
Məhkəmə verilən vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə tərkibi müdafiə tərəfinin ötən məhkəmə prosesində və hazırkı iclasda qaldırdığı vəsatətlər barədə qərarı elan edib.
Qərara əsasən, müdafiə tərəfinin bəzi təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması və cinayət işinə bəzi epizodlarda hissəvi xitam verilməsi ilə bağlı vəsatətləri təmin etməyib.
A.Haruyunyanın təqdim etdiyi sənəd iş materiallarına əlavə olunub.
Həmçinin məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Siyasi       Tarix: 27 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. xəbər verir ki

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Lavrov: "Avropa İttifaqı Ermənistanı aldadacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb. Lavrov Ermənistanın Aİ-yə necə daxi

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı


yeni xeberler son xeberler azerbaycan xeberleri apa.az xeberler son xəbərlər bugün 2026 xəbər az cəbhədən son vəziyyət