ARDNF dünyada xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə aydınlıq gətirdi

ARDNF dünyada xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə aydınlıq gətirdiHal-hazırda Çində başlayan koronavirus xəstəliyinin miqyasının daha geniş yayılması təhlükəsi fonunda dünyada iqtisadi inkişafla bağlı qeyri-müəyyənliklərin müşahidə edilməsi enerji məhsullarına olan tələbin azalması və xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnmişdir. Yuxarıda qeyd edilən neqativ proseslərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsiri, ölkənin valyuta təklifinin formalaşmasında Fondun rolu və digər bu kimi məsələlər ətrafında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə çoxsaylı suallar yaranmaqdadır.
Trend-in məlumatına görə, Fond həmin sualları cavablandırıb:
- ARDNF ölkədə valyuta təklifinin formalaşmasında rolu nədir?
- Məlum olduğu kimi, ARDNF-nin əsas gəlirləri ABŞ dolları ilə ifadə edilən xam neftin və qazın satışından daxilolmalar hesabına formalaşır. ARDNF-nin xərc istiqamətlərində əsas yeri isə dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər təşkil edir. Bu öhdəliklərin icra etmək məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir. Bu isə o deməkdir ki, ARDNF tərəfindən böyük məbləğdə ABŞ dolları valyutası mütəmadi olaraq valyuta bazarına çıxarılır.
- Ölkədə maliyyə sabitliyinin qorunmasında, habelə xarici təsirlərə qarşı tədbirlərdə ARDNF-nin rolu nədən ibarətdir?
- ARDNF-nin əsas məqsədlərinə gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması ilə yanaşı makroiqtisadi sabitləşdirmə, o cümlədən ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunması da daxildir. Ötən müddət ərzində xam neftin yüksək qiymətləri dövründə ARDNF-də 43 milyard ABŞ dollarından artıq məbləğdə vəsait toplanıb ki, bu da ölkə iqtisadiyyatının ümumi həcminə yaxınlaşıb. Əlverişli iqtisadi mühit dövründə artan bu vəsaitlər iqtisadi şoklar zamanı "təhlükəsizlik yastığı", o cümlədən dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir.
- Xam neftin qiymətlərinin aşağı olması halı davam edərsə bu ARDNF-nin dövlət büdcəsinə transfert ilə bağlı öhdəliyinin icrasına necə təsir edəcəkdir?
- Daha əvvəl qeyd edildiyi kimi, dövlət büdcəsinə transfert ilə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir. ARDNF-nin 2020-ci il büdcəsində 11,56 milyard manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manat ilə ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 6,8 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur.
Cari ilin əvvəlindən bugünə qədər satışa ümumilikdə 1,8 milyard ABŞ dolları və yaxud 3,08 milyard manat həcmində valyuta çıxarılıb. Qalıq öhdəliyin icrası üçün Fond tərəfindən 5 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur ki, bu da xarici valyuta ilə bağlı kifayət qədər böyük təklifdir.
- Xam neftin aşağı səviyyədə qalması davam etdiyi, yəni ARDNF-nin xərcləri gəlirlərini üstələdiyi təqdirdə Fond öz yığımı hesabına dövlət büdcəsi qarşısında öhdəliklərini tam və vaxtlı-vaxtında yerinə biləcəkmi?
- ARDNF-nin vəsaitlərinin xüsusi çəkisindəhər zaman kifayət qədər likvid, yəni qısa müddət ərzində asanlıqla nağdlaşdırıla biləcək aktivlər mövcuddur. Hal-hazırda əhəmiyyətli paya malik olan bu vəsaitlər ARDNF-nin büdcə öhdəliklərinin tam, dəqiq yerinə yetirilməsinin ən böyük təminatıdır.
- Dünya maliyyə bazarlarında hal-hazırda müşahidə olunan təlatümlər, habelə dünya iqtisadiyyatının vəziyyəti ilə bağlı qeyri-müəyyənliklər ARDNF-də toplanan vəsaitlərə necə təsir göstərir?
- Daha öncə qeyd edildiyi kimi, ARDNF-nin gələcək nəsillər üçün yığım funksiyası ilə bərabər, ölkə iqtisadiyyatının xarici təhdidlərə qarşı mühüm sığorta rolu vardır. Təbii ki, ARDNF-nin investisiya strategiyası formalaşdırılarkən bu önəmli vəzifələr tarazlaşdırılmış şəkildə nəzərə alınır. Bununla yanaşı, xüsusilə vurğulamaq yerinə düşərdi ki, iqtisadi qeyri-müəyyənliklər birbaşa olaraq maliyyə bazarlarına təsir göstərməsinə baxmayaraq, bu təsirlər müxtəlif investisiya aktivlərində fərqli qaydada özünü biruzə verir. Belə ki, dünya iqtisadiyyatının gələcəyi ilə bağlı davamlı mənfi gözləntilər dərhal birjada kotirovka olunan səhm aktivlərinə öz neqativ təsirini göstərir. Eyni zamanda, qeyd edilməlidir ki, iqtisadi qeyri-müəyyənliklər dövründə bəzi aktiv növlərinə, o cümlədən istiqrazlara, xüsusilə dövlət istiqrazlarına tələb əhəmiyyətli şəkildə artır ki, bu da onların qiymətlərinə müsbət təsir göstərir. Hal-hazırda ARDNF-nin investisiya portfelində uzunmüddətli dövr ərzində yüksək gəlirlilik nümayiş etdirən və bununla yanaşı yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən səhmlər təxminən 10 faiz paya malikdir. Fondun vəsaitlərində istiqrazların xüsusi çəkisi isə təqribən 70 faiz təşkil edir. ARDNF həmçinin son zamanlar qabaqlayıcı tədbirlər çərçivəsində istiqraz aktiv növünün daxilində dövlət və yüksək reytinqli istiqrazların payını əhəmiyyətli şəkildə artırmışdır. Əlavə olaraq ARDNF-nin vəsaitlərində qızıl aktivi də yer alır ki, məlum olduğu kimi bu aktiv növü də qeyri-müəyyənliklər zamanı sığorta rolunu oynayır. Hal-hazırda bu aktiv növü təqribən 5,4 milyard ABŞ dolları ilə ümumi vəsaitlərin təxminən 12%-ni təşkil edir. Ümumi çəkisi təxminən 101,5 ton təşkil edən qızıl aktivləri ölkəyə gətirilərək ARDNF-nin xüsusi xəzinəsində saxlanılmaqdadır.
ARDNF-nin vəsaitlərinin valyuta səbətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, burada əsas yeri, yəni təxminən 95%-lik hissəni ABŞ dolları, Avro, İngilis funt sterlinqi və yapon yeni kimi əsas ehtiyat valyutaları tutmaqdadır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 12 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirini

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

Azərbaycanın dövlət borcu bu qədərdir

2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəy

TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sekto

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyər

Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin

Bank of Baku müştərilərinə daha rahat, sürətli və əlçatan bank xidmətləri təqdim etmək məqsədilə rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın növbəti yeniliyi sayəsində müştərilər artıq nağd pul kreditini 100% ta

Park Yasamal'da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir

Son illərdə Bakıda mənzil bazarındaalıcıların seçim meyarları dəyişir. Əvvəllər əsas diqqət yalnız mənzilin qiymətinəvə yerləşməsinə yönəlirdisə, bu gün alıcılar yaşadıqları mühitə, yaşıllıq sahələrinə,təhlükəsizliyə və komplek


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun cəbhədən yeni xəbərlər şou biznes xəbərləri valyuta mezenesi