Astanada Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib - FOTOLAR

Astanada Bakı Qlobal İqlim Şəffaflığı Platformasının təqdimatı keçirilib - FOTOLARİldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir
Qazaxıstanın paytaxtı Astana şəhərində İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üzrə Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropa regionu üzrə keçirilən tədbir çərçivəsində COP29 sədrliyinin "Bakı Qlobal İqlim Şəffaflığı Platforması"nın (BTP) təqdimatı olub. Azərbaycanın təşəbbüsü və həmtəşkilatçılığı ilə keçirilən sözügedən tədbirin tərəfdaşları qismində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Qazaxıstanın Beynəlxalq İnkişaf Agentliyi (KazAID), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çıxış edib. Təlim seminarında ümumilikdə qeyd olunan region üzrə BTR-ların hazırlanmasına məsul 50-dən çox ekspert iştirak etmişdir.
KONKRET.az xəbər verir ki, tədbirə Qazaxıstanın ev sahibliyi etməsi regionumuzda ilk dəfə baş tutacaq COP-a regional konteksdə verilən önəmin göstəricisidir. Tədbirin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək, Azərbaycanın COP29 sədrliyi və bu çərçivədə həyata keçirilən qlobal təşəbbüslər, o cümlədən BTP barədə məlumat vermişdir. Nazir müavini BTP-nin əsas məqsədinin tərəfdaş dövlətlər arasında inam və etimad yaratmaq, eləcə də inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməklə yanaşı, Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq edərək şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirmək olduğunu vurğulamışdır. O, bildirmişdir ki, BTP hökumət, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektor da daxil olmaqla, cəmiyyətin bütün sahələrindən olan maraqlı tərəflər arasında iqlim şəffaflığı sahəsində əməkdaşlıq və koordinasiya məkanı olacaq.
Tədbirdə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər naziri Yerlan Nyssanbayev, Qazaxıstan Respublikası Prezidentinin müşaviri və beynəlxalq ekoloji əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymanova, həmçinin UNFCCC və digər beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, Azərbaycanın COP29 sədrliyinə dəstəyini ifadə etmiş, ölkəmizin iqlim şəffaflığı sahəsində səylərini yüksək qiymətləndirmişlər. Çıxışçılar COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində önəmli təşəbbüsü olan BTP-nin əhəmiyyətini vurğulamış, bu təşəbbüsün ölkələrin BTR-larının hazırlaması və ETF-də iştirakı ilə bağlı təcrübə və uğurlarının paylaşılması üçün qlobal fəaliyyətə töhfə verəcəyini ifadə etmişlər.
Xatırladaq ki, 3 sentyabr tarixində Bakıda keçirilən Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq zamanı Azərbaycan COP29 sədri qismində BTP-ni təsis etmişdir. BTP-yə qlobal dəstəyin təmin olunmasının təşviqi məqsədilə COP29 sədrliyinin təşkilatçılığı ilə 9-11 sentyabr tarixlərində Toqo və Keniyada baş tutan Afrika regionu ölkələri üçün BTR-ların hazırlanmasına həsr olunan tədbirlərdə BTP-nin təqdimatı keçirilmişdir. BTP-nin qlobal təşviqi üzrə növbəti yüksək səviyyəli tədbirin BMT-nin Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində 25 sentyabr tarixində Nyu-Yorkda keçirilməsi planlaşdırılır.
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!

Siyasi       Tarix: 16 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xeberler bugun krimnal bugun xeberler