Axşam yeməkdən imtina arıqlamağa kömək edir?

Axşam yeməkdən imtina arıqlamağa kömək edir?Artıq çəkidən qurtulmaq istəyən bir çox insan müxtəlif pəhrizlər və qida məhdudiyyətlərinə müraciət edir. Bu üsullardan biri də saat 18:00-dan sonra yeməkdən imtina etməkdir. Amma bu metod həqiqətən arıqlamağa və nəticəni uzun müddət saxlamağa kömək edirmi?
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, rusiyalı dietoloq və endokrinoloq Yuliya Atamanova bu mövzu ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssisin sözlərinə görə, 18:00-dan sonra yeməkdən imtina insanı qısa müddətdə arıqlada bilər. Lakin bu metodun ciddi bir mənfi cəhəti var – o, uzunmüddətli nəticələr təmin etmir.
"Axşam saatlarına yaxın aclıq hissi toplanır. Çox vaxt nahar və şam yeməyi arasındakı fasilə 5 saatdan çox olur. Yorğunluqla birlikdə insanın özünü yeməklə mükafatlandırmaq arzusu yaranır. Bu vəziyyətdə porsiya ölçüsünü nəzarətdə saxlamaq çətinləşir. Belə bir rejimdə tez-tez pozuntular baş verir və çəki geri qayıdır. Həmçinin insanlar yeməksiz rahatlanmağı və zövq almağı öyrəşə bilmir, dostları və qohumları ilə görüşlərdən imtina etməkdə çətinlik çəkirlər. Buna görə də bu rejimdə uzun müddət yaşamaq mümkün deyil" , – deyə Atamanova vurğulayıb.
Dietoloq qidalanma rejimini tarazlaşdırmağı, güclü aclıq hissinin qarşısını almağı və porsiya ölçüsünə nəzarət etmək üçün gün ərzində bir neçə qəlyanaltı etməyi məsləhət görüb:
"Düzgün tərtib edilmiş rasion və kalori defisiti ilə istənilən saatda yemək mümkündür və buna baxmayaraq arıqlamaq olar".

Sağlamlıq       Tarix: 30 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber son xabarlar en son xeberleri valyuta mezennesi