Aytən Səfərova anasından danışıb kövrəldi: Qardaşımın vəfatından sonra

Aytən Səfərova anasından danışıb kövrəldi: Qardaşımın vəfatından sonra"Qardaşımın vəfatından sonra anamın səhhəti hər il bir az da geriləyib. Son vaxtlar isə vəziyyəti daha da pisləşib, tez-tez tutmaları olur, yeriməsi də çətinləşib".
Bunu aparıcı Aytən Səfərova sosial şəbəkədə anası ilə paylaşdığı videoda deyib. O, daha sonra anası ilə bağlı duyğusal fikirlərini bölüşüb:
"Nadir hallarda anamın videosunu çəkirəm, çünki bunu çox da xoşlamır. Deyir ki, "Şagirdlərimdən utanıram, məni belə görməsinlər. Həmişə saçımı daramışam, üz-gözümə əl gəzdirmişəm ki, şagirdlərimin qarşısında səliqəli olum və onların xatirəsində gözəl qalım".
Mən onunla fəxr edirəm. Ana, səni çox sevirəm, başımın tacısan. Mən anama borcluyam. Qəribçilikdə, Rusiyada, Sibirdə olarkən belə, evdə rus dilində danışmağa icazə verməzdi. Deyirdi ki, "Canınız çıxsın, öz doğma ana dilinizdə danışın". Cəmiyyətdə hamı rus dilində danışanda belə, biz evdə rusca danışanda anam sanki eşitmirdi. Deyirdi ki, "Sizin ana diliniz var — Azərbaycan dili. Bu dildə danışın". Anamın kitabları, başımın üstündə dayanıb məni tənbeh etməsi sayəsində bu gün mən Aytənəm.
Anaları qoruyun. Bəzən böyüyəndən sonra iş-güc, qaçaqaş olur, "vaxt yoxdur", "sonra zəng edərəm" deyirik və bəzən unuduruq. Amma ana və ata müqəddəsdir. İnsana valideyn bir dəfə verilir. Allah yaxşı valideynlərimizi qorusun.
Ana, səni sevirəm. Analar xoşbəxt olsun. Dünyadan köçənlərin ruhu şad, həyatda olanların isə canı sağ olsun".
/Axşam.az / azxeber.com

Şou Biznes       Tarix: 30 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az gunun xeberleri bu gune olan xeberler