Azərbaycan bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir
Azərbaycan alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında külək, günəş və bioehtiyatların payını artırmaq niyyətindədir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, bu gün Azərbaycanın elektrik enerjisi sistemində bərpa olunan enerjinin payı 17% təşkil edir:
"Ötən il elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı təxminən 7,3% təşkil edib. Azərbaycan qalan 93% elektrik enerjisini istehsal etmək üçün təbii qazdan istifadə edib. Bir çox Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda elektrik enerjisinin əldə edilməsində daş kömürdən istifadə olunmur".
Nazir müavininin sözlərinə görə, əldə olunan bərpa olunan enerji mənbələrinin istehsalında 1276 meqavatt su elektrik stansiyalarının payına və yalnız 141 meqavatt günəş, külək və bioehtiyatların payına düşür.
E.Soltanov əlavə edib ki, əsas məqsəd 2030-cu ilədək bərpa olunan enerji mənbələrijnin elektrik enerjisi sistemində payının 30 faizədəək çatdırılmasıdır:
"Bu istiqamətdə ilk uğurlu addım "ACWA Power" və "Masdar" şirkətləri ilə 440 meqavatt gücündə günəş və külək elektrik stansiyaları layihəsinin reallaşdırılmasıdır".
Milli.Az /news.milli.az

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi