Azərbaycan bu hədəfləri vuracaq: Son xəbərdarlıq edildi

Azərbaycan bu hədəfləri vuracaq: Son xəbərdarlıq edildiAna Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı Telelqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Azərbaycan Prezidentinin Qərbi Azərbaycanla bağlı məsələni bir daha gündəmə gətirməsi Ermənistanda narahatlıqla qarşılanıb. İrəvanı bu məsələdə narahat edən səbəb nədir?
– Qərbi azərbaycanlılar ata-baba torpaqlarına mütləq qayıdacaq. Bu, tarixi zərurətdir. Prezident İlham Əliyev bu günə qədər qarşıya qoyduğu bütün məsələləri həll edib. Bu mənada ölkə başçısının Qərbi Azərbaycana qayıdışla bağlı bəyan etdiyi mövqe birmənalı olaraq reallığa əsaslanır. Dövlət başçısının birbaşa diqqəti ilə Qərbi Azərbaycan İcması artıq özünü ciddi bir təşkilat kimi göstərməklə tarixi həqiqətlərin ortaya çıxması istiqamətində mühüm addımlar atır. Bu mənada "Qarabağ Azərbaycandır" düşüncəsi ilə yaşayıb onu reallaşdıran cəmiyyətimiz indi də tədricən "Qərbi Azərbaycan – Azərbaycandır" fəlsəfəsi ilə tarixi torpaqlara qayıtmaq üçün öz fəaliyyətini səfərbərliyə almaqdadır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası da bilir ki, bu torpaqlar Azərbaycana məxsusdur. Lakin onlar bunu etiraf edə bilmir. Sözsüz ki, bu etiraf onlar üçün daha böyük fəlakətlərə səbəb ola bilər. Ona görə də, erməni tərəfi bu mövzuya qarşı sona qədər müqavimət göstərməyə çalışacaq.
Azərbaycan bu hədəfləri vuracaq: Son xəbərdarlıq edildi– Ermənistan tərəfinin sona qədər inkarçı mövqedə durması prosesə necə təsir edə bilər?
– Sözsüz ki, Qərbi Azərbaycanla bağlı Azərbaycan Prezidentinin və xalqının güclü iradəsi qarşısında erməni tərəfinin müqaviməti çox zəifdir. Ona görə də, Ermənistanın nə deməsindən və hansı bəyanatları verməsindən asılı olmayaraq soydaşlarımızın Qərbi Azərbaycana qayıtması prosesi gedir. Yaxın zamanlarda biz bu qayıdışın şahidi olacağıq.
– Bu gün sülhdən danışaraq Ermənistanın silahlandırılması hansı risklər yaradır? Yeni müharibə ehtimalı varmı?
– Azərbaycan Prezidenti də haqlı olaraq bu məsələ ilə bağlı öz mövqeyini bəyan etdi. Ermənistanı himayə edən dövlətlərin və qüvvələrin də diqqətinə bu məsələ çatdırılıb. Çünki işğalçı bir ölkənin silahlandırılması yolverilməz haldır və bu eskalasiya riskini artırır. Eyni zamanda bu hərəkətlər Ermənistanda revanşizmi stimullaşdırır. Belə olan halda Azərbaycanın sərt addımlar atacağı ilə bağlı Ermənistana xəbərdarlıq edilib. Lakin hələ də qarşı tərəf və onu himayə edən qüvvələr bundan nəticə çıxarmayıblar. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində son xəbərdarlıq etdi. Əgər Ermənistan bundan sonra da silahlanmanı davam etdirsə, bütün məsuliyyət onun üzərinə düşəcək. Çünki Azərbaycan özünə qarşı istiqamətlənən silahların atışı zamanını gözləməyəcək. Bu silahların hər biri Azərbaycan üçün konkret legitim hədəfdir.
– Rəsmi İrəvan edilən bütün xəbərdarlıqlara əməl etməsə, nə baş verə bilər?
– Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Dünyada işğalçı dövlət kimi tanınan Ermənistanın silahlanması region üçün risklər yaradır. Məhz işğalçı dövlətin bu cür davranışları onu Azərbaycan üçün legitim hədəfə çevirir. İrəvana verilən o silahlarla Azərbaycana növbəti zərbələrin vurulması gözlənilməyəcək. Ölkəmiz özünün hərbi gücü ilə bütün hədəfləri anındaca məhv etmək qabiliyyətindədir. Eyni zamanda aidiyyatı qurumlar yerdə olan bütün prosesləri izləyib Ali Baş Komandana dəqiq məlumatlar çatdırır. Sözsüz ki, Ermənistan edilən bütün xəbərdarlıqlardan nəticə çıxarmasa, ona verilən silahların alovu içərisində yanmalı olacaq. / konkret.az

Siyasi       Tarix: 18 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag sonxeber az cəbhədən son dəqiqə dunyada son xeberler