Azərbaycan bu il 144 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

Azərbaycan bu il 144 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 85 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən idxal olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 883,0 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 3 milyard 95,9 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 787,1 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 308,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 14,8 faiz, o cümlədən idxal 34,5 faiz, ixrac isə 1,0 faiz azalıb.
2020-ci ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 5,2 faiz artıb, real ifadədə isə 3,4 faiz azalaraq 295,8 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 45,9 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,6 faizini Yunanıstana, 3,7 faizini Tunisə, 3,2 faizini Çexiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Rusiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,0 faizini Çinə, 1,8 faizini Portuqaliyaya, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,8 faiz), Türkiyəyə (25,5 faiz), Gürcüstana (11,8 faiz), İsveçrəyə (9,7 faiz), Çinə (2,6 faiz), İtaliyaya (2,1 faiz), Ukraynaya (1,9 faiz), İrana (1,9 faiz), Qazaxıstana (1,9 faiz), Yunanıstana (1,4 faiz), Almaniyaya (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,7 faizi Çin, 14,3 faizi Rusiya, 14,0 faizi ABŞ, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,4 faizi Ukrayna, 2,9 faizi İran, hər biri 2,2 faiz olmaqla Türkmənistan və Birləşmiş Krallıq, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Fransa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 16 aprel 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər