Azərbaycan ilə Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir

Azərbaycan ilə Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənirAzərbaycan özünə dost bildiyi ölkələr üçün daim etibarlı strateji tərəfdaş olub və olaraq qalmaqdadır. Bu gün Bakı bütün dünya ilə səmimi və açıq danışır, ayrı-ayrı ölkələrlə münasibətlərini də məhz bu müstəvidə qurur. Azərbaycanın özünə səmimi dost, etibarlı tərəfdaş saydığı ölkələrdən biri də Belarusdur. Diplomatik əlaqələrin qurulduğu otuz bir il ərzində iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dost, yaxın münasibətlərin iki ölkə arasında əlaqələrə sirayət etdiyi göz qabağındadır.
SSRİ-nin dağılmasından sonra postsovet məkanında yaranmış mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, hər iki ölkə arasında münasibətlər xalqlarımızın maraqlarına uyğun şəkildə inkişaf edib. Buna görə də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri Prezident İlham Əliyevin qeyd etdiyi kimi zamanın sınağından çıxmış münasibətlərin inkişafına yeni güclü təkan verəcək. Azərbaycan və Belarus kommunist rejiminin süqutundan sonra münasibətlərini qoruyub saxlaya və inkişaf etdirə bildilər. Hər iki ölkədə səfirliklərin təsis olunmasından sonra ikitərəfli əməkdaşlıq daha da genişləndi. Müstəqillik illərində qarşılıqlı səfərlərin intensivliyi və imzalanmış müqavilələr siyasi-iqtisadi əlaqələrin dinamik inkişafı üçün müsbət zəmin yaratdı, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Belarus lideri ilə görüşdə Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndirir. 
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin,  iştirakına şad olardı: "Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir". 
Bu gün dünya sürətlə dəyişir və mürəkkəb geosiyasi reallıqlar fonunda münasibətlərin inkişaf dinamikasını diqqət mərkəzində saxlamağı zəruri edir. Tərəflər arasında imzalanmış dövlətlərarası sazişlər də belə deməyə əsas verir ki, iki dövlət malik olduğu potensialdan maksimum yararlanmaq istəyir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollardır və Prezident Aleksandr Lukaşenkonun mətbuata bəyanatında vurğuladığı kimi tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədir. İndiyədək imzalanmış çoxsaylı sazişlər iqtisadi əlaqələrin inkişafı üçün güclü qanunvericilik bazası rolunu oynayır. Birjalararası əməkdaşlıq var, Azərbaycan Respublikası Birja Şuraları İctimai Birliyi ilə Belarus Universal Əmtəə Birjasının Memorandumu qüvvədədir. Belarusun 10 regionu ilə Azərbaycanın, xüsusən Qomel və Gəncə, Mogilyov və Sumqayıt, Qrodno və Qəbələ şəhərlərinin yaxın regionları arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq əlaqələri qurulur. Bakı ilə Minsk arasında qardaş şəhər əlaqələrinin yaradılması haqqında imzalanan memorandumun ölkələr arasında münasibətlərin inkişafına töhfə olacağı şübhəsizdir.
Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycan və onun lideri haqqındakı xoş sözləri hər birimizi qürurlandırdı. Regionda Azərbaycanın timsalında olduqca güclü, normal, lider ölkənin mövcudluğunu bildirən Belarus Prezidenti azərbaycanlı həmkarına xitabən, Siz regionu nəzarətdə saxlamağa qadir və bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, zaman Sizi seçib, Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız fikirləri Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imicinin daha bir təsdiqi oldu.
Belarus Prezidentinin Qarabağa getməsi onun Azərbaycanla sadəcə tərəfdaş deyil, həm də sədaqətli dost olmasının mesajı idi. Eyni zamanda, Belarusun Qarabağın dirçəldilməsi prosesinə töhfə verməyə hazır olması iki dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunu göstərmiş oldu. Səfərin ən yaddaqalan məqamı onun məhz Qarabağa– Füzuliyə, Şuşaya getməsi oldu. Bu, bir növ, Azərbaycana səfərə gələn dövlət və hökumət başçılarının rəsmi protokolunda qeyd olunmamış qaydadır. Azərbaycan Prezidenti dost və qardaş bildiyi qonağını Qarabağa, ilk növbədə, Şuşaya aparır. Məqsəd yüksək qonağa təkcə erməni vandallarının torpağımızda törətdikləri vəhşilikləri öz gözü ilə görmək imkanını yaratmaq deyil, həm də onu doğma yurdumuzun gözəlliyi, burada aparılan nəhəng bərpa-quruculuq işləri ilə tanış etməkdir. Belarus Prezidenti də seçilmişlərin siyahısında olan dost ölkənin başçısıdır. 
Bakı ilə Minsk arasındakı münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Buna görə də iki dövlət başçısının budəfəki görüşü səmərəli əməkdaşlığı daha da gücləndirir və ölkələrimiz arasında səmimi və müsbət münasibətlərin inkişafına güclü təsir göstərir.
Səlim MƏMMƏDOV,
Abşeron rayonu, Masazır kənd 5 nömrəli məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 21 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber cəbhədən video son xeber 2026 maşın realiti şou