"Azərbaycan mənşəli məhsullar Türkiyə bazarına rüsumsuz ixrac ediləcək"

"Azərbaycan mənşəli məhsullar Türkiyə bazarına rüsumsuz ixrac ediləcək"İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə sualları cavablandırıb.
Milli.Az Trend-ə istinadən Xəzər Bəşirovla müsahibəni təqdim edir:
- Xəzər müəllim, Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına hər iki dövlətin başçıları tərəfindən böyük önəm verilir. İqtisadi əlaqələrimizin hazırkı vəziyyəti barədə nə deyərdiniz?
Ölkələrimiz arasında səmimi dostluq və qardaşlıq münasibətləri, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına verdiyi böyük önəm iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin və əlverişli şərait yaradır.
Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir, qardaş Türkiyə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində etibarlı və fəal tərəfdaşdır.
İqtisadi əlaqələrin əsas istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır. Türkiyə Azərbaycanın mühüm ticarət tərəfdaşlarından olmaqla, qeyri-neft məhsullarımızın ixrac edildiyi əsas ölkələrdəndir. Ötən 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 33%-ə yaxın artaraq 4,5 mlrd. ABŞ dollarını ötüb, ixracın həcmi təqribən 2,9 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təqribən 57% çoxdur.
Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var. Dövlət başçısı cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, qeyri-neft sektorunun şaxələndirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks və ardıcıl tədbirlər Türkiyə ilə ticarət dövriyyəsinin artırılmasını da ehtiva edir. Qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması üçün hədəf müəyyənləşdirilib - 2023-cü ilə qədər 15 mlrd. ABŞ dolları!
Bu günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə əlavə stimul yaradır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində əlverişli platformadır.
Bununla yanaşı, iqtisadi münasibətlərin inkişafı üçün müxtəlif mexanizmlərdən də istifadə olunur. Bu baxımdan, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB), Azərbaycan və Türkiyə iş adamlarının təmsil olunduğu birliklər, məsələn, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) və s. sahibkarlar assosiasiyaları arasında əlaqələrin inkişafının, biznes forumların, işgüzar görüşlərin rolunu qeyd etmək yerinə düşərdi.
- Azərbaycanla Türkiyə arasında arasında imzalanmış Preferensial Ticarət Sazişi ticarət əlaqələrinin genişlənməsində nə kimi rol oynaya bilər?
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlərdən biri də Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişidir. Bu mühüm sənəd ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Preferensial Ticarət Sazişi Azərbaycan üçün yeni əməkdaşlıq mexanizmidir və ilk Saziş məhz qardaş Türkiyə ilə imzalanıb.
Qarşılıqlı olaraq bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarından azadolmanı nəzərdə tutan Saziş qeyri-neft ixracının artırılması istiqamətində strateji addımdır. Sənədin qüvvəyə minməsi ilə Azərbaycanın ixrac potensialı yüksək olan bir sıra kənd təsərrüfatı və emalı məhsullarının Türkiyəyə ixracında əhəmiyyətli güzəştlər tətbiq olunacaqdır. Belə ki, hazırda bu malların Türkiyəyə ixracı zamanı gömrük dəyərinin təqribən 10-150%-i həcmində idxal gömrük rüsumu tətbiq olunur. Saziş qüvvəyə mindikdən sonra müəyyən edilmiş kvotalar daxilində müvafiq Azərbaycan mənşəli məhsullar Türkiyə bazarına rüsumsuz ixrac ediləcəkdir ki, bu da məhsullarımızın Türkiyə bazarında rəqabət qabiliyyətinin daha da artırılmasına və sahibkarlarımızın bu bazara marağının artmasına şərait yaradacaq.
Ümumilikdə, Preferensial Ticarət Sazişi ticarət əlaqələrinin genişlənməsinə, iqtisadiyyatın, eləcə də, ticarətdə mal və xidmətlərin strukturunun şaxələndirilməsinə önəmli töhfə verəcəkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 03 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum sonxeber cəbhədən son xeber bugunun xeberleri