Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifəAzərbaycanın regional və qlobal səviyyədə fəaliyyəti,eləcə də beynəlxalq arenada əməkdaşlığı nüfuzlu təşkilatlarla, dövlətlərləmünasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar açıb. Müstəqildövlətimizin milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasətinəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha möhkəmlənib.Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, AzərbaycanSlovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyəçatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib ki, buda dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Mayın 7-dəSlovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrindinamik inkişafına, qarşılıqlı etimad və tərəfdaşlığa əsaslanır.
Səfər çərçivəsindəperspektiv əməkdaşlığın müxtəlif aspektlərinə aid aktual məsələlər müzakirəolundu, təkbətək və geniş tərkibdə görüşlər keçirildi, mətbuata birgəbəyanatverildi. Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri RobertFitso ilə mətbuatabəyanatında dövlət başçımızın bildirdiyi kimi,"Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuşsiyasətlə idarə olunur".
Bildiyimizkimi, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımışdır. İki ölkəarasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. SlovakiyaRespublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2019-cu ildən fəaliyyətgöstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində)Səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətləringenişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin SlovakiyaRespublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfəredib.
Slovakiya Respublikasının Baş nazirinin ölkəmizə səfəriəməkdaşlığın daha da yüksəlməsinə təkan olacaqdır. Səfər çərçivəsindəSlovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsiaparılıb. Bu səfər əlaqələrin yeni səhifəsini açacaqdır. Prezidenti İlhamƏliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun birgəimzaladıqları "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındastrateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə" münasibətlərindaha da dinamik inkişafına yönəldilmiş Sənəddir. "Sənədin özü və onun məzmunutəbii ki, bizim niyyətimizi göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyigöstərir" – deyə Cənab Prezident diqqətə çatdırıb. Bu Sənəd Slovakiya-Azərbaycanəlaqələrinin tarixində əlamətdar gün kimi tarixiləşdi. Ölkələrimiz arasındastrateji tərəfdaşlıq haqqında birgə bəyannamə, hərbi-texniki əməkdaşlıq sahəsindəanlaşma memorandumu, müdafiə sahəsində sazişin imzalanması əməkdaşlıq əlaqələrimizindaha da güclənməsi üçün yeni üfüqlər açır. Belə ki, dövlətlərarası "AzərbaycanRespublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının MüdafiəNazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində AnlaşmaMemorandumu", "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iləSlovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıqhaqqında Saziş" imzalanıb.
Bildiyimiz kimi, Azərbaycan hazırda 8 ölkəyə öz təbiiqazını ixrac edir və 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprelayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə,Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlaryaradılmışdır.
Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycanarasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinədə xüsusi diqqət yönəldilərək bildirilib ki, Azərbaycan öz təbii qazını Avropaməkanına etibarlı yollarla nəql edir. Avropa İttifaqı ilə Azərbaycanarasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsininicra edilməsinə də toxunulub. Bəyanatda vurğulanıb ki, Avropaya təchizat2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq.Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilinsonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsiməsələsi gündəlikdədir. Azərbaycanın enerji diplomatiyasına nəzər salan dövlətimizinbaşçısı qarşılıqlı münasibətlər nəticəsində atılan uğurlu əməkdaşlığın nailiyyətlərinidiqqətə çəkib. Dövlətimizin başçısı ticarət dövriyyəsinin artırılması istiqamətindəaparılacaq işlərə də nəzər salıb və Slovakiya-Azərbaycan biznes forumununkeçirildiyini və slovakiyalı iş adamlarının Azərbaycanda səfərdə olduqlarınvurğulayıb. Bir sıra sərmayə layihələri də müzakirə edilib.
Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir vəbu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsiilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı,elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıqetməkdə daha çox maraqlıdır.
Əməkdaşlığın bir əlamətdar istiqaməti də azad edilmiştorpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Bildiyimiz kimi,bugünümüzün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizin bərpası vəsoydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. İşğaldan azad edilmiştorpaqlarda bərpa-quruculuq işlərinə dost ölkələri də öz töhfələrini verirlər.Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azadedilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti yüksək qiymətləndirildi.Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icraediləcək. "Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizinsəmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiştorpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər","ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindəngörüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək" – deyəCənab Prezident bildirib.
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonunbu səfəri bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətlitəkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.
Akif Rəfiyev,
Qarabağmüharibəsi veteranı, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri / azxeber.com

Siyasi       Tarix: 08 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən son xəbərlər qurban bayrami 2026 son xəbərlər bugün 2026