Azərbaycan tərəfi rəsmi Tehrandan açıqlama gözləyir

Azərbaycan tərəfi rəsmi Tehrandan açıqlama gözləyir"The Telegraph" nəşri İranla İsrail arasında gərgin münasibətlər fonunda Azərbaycanla bağlı sensasiyalı iddia ilə çıxış edib.
APA-nın xəbərinə görə, nəşr yazır ki, iyulun 31-də HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə necə cavab veriləcəyi ilə bağlı İran hakimiyyət dairələri arasında fikir ayrılığı mövcuddur.
"İnqilab Keşikçiləri Korpusunun generalları mülki əhali arasında itkilərin qarşısını almaq üçün əsas diqqəti hərbi bazalara yönəltməklə Tel-Əvivə və İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər. Lakin yeni seçilmiş prezident Məsud Pezeşkian İranın qonşu ölkələrindəki gizli İsrail bazalarını hədəf almağı təklif edib", – məqalədə deyilir.
Nəşr xatırladıb ki, daha əvvəl İran İraq Kürdüstanında İsrailin kəşfiyyat agentliyi olan "Mossad"ın "casus bazaları" adlandırdığı yerləri hədəfə alıb.
Prezidentin köməkçiləri "The Telegraph"a bildiriblər ki, SEPAH İsrailə qarşı daha aqressiv cavab tədbirləri görməklə prezident Pezeşkianı sarsıtmağa çalışır.
"Cənab Pezeşkian isə qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər", – deyə prezidentin yaxın köməkçisi bildirib.
"Ölkənin qərb sərhədində keçirilən son təlimlər, sadəcə olaraq, cənab Pezeşkianı qorxutmaq üçündür. SEPAH İsraili hədəf almaqda çox israrlıdır və onlar bunun asan olduğunu düşünürlər", – deyə prezident Məsud Pezeşkianın ikinci köməkçisi "The Telegraph"a deyib.
Köməkçisinin sözlərinə görə, Pezeşkian təklif edib ki, Azərbaycan Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram bitsin.
"Cənab Pezeşkianın SEPAH komandirlərini nəzarətdən çıxa biləcək hərəkətlərdən qaçmağa inandırmağa çalışdığı uzun və gərgin müzakirələri olub. O, SEPAH-ın ölkəni müharibəyə cəlb etmək məqsədi güddüyünü bilir, ali liderin ofisindəki nüfuzundan istifadə edərək, SEPAH-ın İranı müharibəyə sürükləməsinin qarşısını almağa çalışır", – deyə prezidentin köməkçiləri əlavə ediblər.
SEPAH-ın adı açıqlanmayan rəsmisi də "The Telegraph"a danışıb.
"Qüvvələr daxilində cənab Pezeşkiyanın səylərini necə əngəlləmək barədə müzakirələr aparılıb. Demək olar ki, hər kəs onun israr etdiyi şeyin inqilabın reputasiyasına uyğun olmadığına inanır", – deyə SEPAH rəsmisi bildirib.
İranın yeni prezidenti Pezeşkianın adından səsləndirilən bu iddialar təbii ki, Azərbaycanda müəyyən narahatlıqla qarşılanıb.
Lakin Azərbaycandakı rəsmi mənbələr APA-ya bildirib ki, ölkənin hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk olduğunu düşünürlər.
Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və dezinformasiyadır. "Hansısa dairələr İranla Azərbaycan arasında münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb, bu prosesi pozmaq istəyir.
İranın yeni prezidentinin xüsusilə azərbaycanlı olması, Azərbaycana isti münasibət bəsləməsi fonunda ola bilsin ki, İranın daxilində və xaricində bu münasibətlərə xələl gətirmək istəyən qüvvələr var.
Yaxşı olardı ki, bu iddialara İran tərəfi münasibət bildirib, təkzib eləsin və şübhələrə son qoysun", – deyə Azərbaycan hakimiyyətdəki mənbələr APA-ya bildirib. / konkret.az

Siyasi       Tarix: 10 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, enerji sazişi çərçivəsində Rusiya Ukrayna ordusunun zərbə endirməyəcəyi obyektlərin siyahısını "masaya qoymalıdır". xəbər verir ki, "CBS News"a müsahib

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı

DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib. Bu barədə -a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber kriminal qarabag cəbhədən görüntülər