Azərbaycan Ukrayna ilə bir sıra sənədlər imzalayıb

Azərbaycan Ukrayna ilə bir sıra sənədlər imzalayıbYanvarın 31-də Kiyev şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasdan əvvəl komissiyanın həmsədrləri Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli arasında görüş olub. Görüşdə ötən ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən danışıqların Ukrayna-Azərbaycan əlaqələrinin yeni mərhələdə inkişafına zəmin yaratdığı qeyd olunub. Bildirilib ki, Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi də bu səfərin yaratdığı müsbət dönüşlərdən biridir və dövlət başçıları tərəfindən iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı komissiya qarşısında mühüm tapşırıqlar qoyulub.
Hökumətlərarası Komissiyanın iclasında isə iqtisadi əlaqələrdə maraq kəsb edən sahələr kimi energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm və infrastruktur üzrə mövcud vəziyyət və perspektivlər nəzərdən keçirilib. Bildirilib ki, 2019-cu ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon ABŞ dolları təşkil edib. Ötən il Ukrayna ölkəmizin xarici ticarət dövriyyəsində 9-cu, idxalda 7-ci, ixracda 16-cı yeri tutub. İqtisadi əməkdaşlıq hər iki ölkədə ticarət evlərinin fəaliyyəti, perspektivli sahələrdə və sənaye parklarında yeni investisiya layihələri, ixracyönümlü birgə müəssisələrin yaradılması ilə daha da inkişaf edə bilər.
Komissiyanın həmsədri, Energetika naziri Pərviz Şahbazov deyib ki, ötən il Azərbaycandan Ukraynaya ixracın əsas hissəsini xam neft təşkil edib. "SOCAR Energy Ukraine" şirkəti tərəfindən 304 milyon ABŞ dollarından çox investisiya yatırılıb. Şirkətin bu ölkədə 60-dan çox YDM-si və 4 neft bazası fəaliyyət göstərir. SOCAR-ın Ukraynadakı fəaliyyətini genişləndirməsi, neft-qaz sahəsi ilə yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi, eləcə də qeyri-neft sektoru üzrə əməkdaşlıq təklifləri iqtisadi əlaqələrimizin yeni potensial istiqamətləri kimi çıxış edir: "Bu səfər çərçivəsində işgüzar dairələrin nümayəndələrindən ibarət heyətlə Odessa və Kiyevdə infrastruktur layihələri ilə tanış olduq və təklifləri dinlədik. Düşünürəm ki, bu müzakirələrin nəticələri olaraq biz irəlidə bir çox sahələrdə birgə sərmayə layihələri həyata keçirə və əməkdaşlığımızı daha da möhkəmləndirə biləcəyik. Bunun üçün siyasi iradə, niyyət və geniş imkanlar mövcuddur. Bütün sahələrdə əməkdaşlığa açığıq və hesab edirəm ki, komissiyanın iclası bu məsələlərin həllinə töhfə verəcək".
İndiyə kimi ölkəmizə 270 milyard ABŞ dolları məbləğində sərmayə qoyulduğunu vurğulayan nazir deyib ki, hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu da məhz iqtisadiyyatın şaxələndirilməsi, qeyri neft sektorunun inkişafı və investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Komissiyanın Ukrayna tərəfindən həmsədri, İnfrastruktur naziri Vladislav Krikli isə bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 2 milyard ABŞ dollarına çatdırmaqla bağlı hədəf var. Bu məqsədlə intensiv əlaqələrin, hər iki ölkə şirkətlərinin potensial layihələr üzrə səmərəli əməkdaşlığının davam etdirilməsi vacibdir.
Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Bundan başqa "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Ukraynanın Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələrinin əməkdaşlarının ailə üzvlərinin ödənişli fəaliyyət növlərini həyata keçimələri haqqında Saziş", "Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Lvov vilayəti dövlət administrasiyası (Ukrayna) arasında əməkdaşlıq haqqında Saziş, "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Ukraynanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Ukrayna Şərab İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında Müqavilə" imzalanıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 31 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər