Azərbaycan vətəndaşlarının ötən ay ən çox səfər etdiyi ölkələr açıqlanıb
2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olub.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə vətəndaşlarının 38,1 faizi İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1 faiz azalıb.
2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatından istifadə edib.
Milli.Az /news.milli.az

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi