Azərbaycana ötən ay 42,1 milyon dollar ixrac sifarişi daxil olub

Azərbaycana ötən ay 42,1 milyon dollar ixrac sifarişi daxil olub2020-ci ilin yanvar ayında azexport.az portalına 42,1 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3%), Səudiyyə Ərəbistanı (9%), Türkiyə (8,1%), Hindistan (7,2%) və Fransa (7,2%) qərarlaşıb.
Cari ilin yanvar ayında azexport.az portalına ən çox ixrac sifarişi pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 yanvar tarixinə kimi (37 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 626,9 milyon ABŞ dolları təşkil edib.
Bu ilin yanvar ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 8,1 milyon ABŞ dolları olub.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin sertifikat təqdim etdiyi məhsullar 21 ölkəyə - İsveçrə (60%), Gürcüstan (14%), Rusiya (13%), Qazaxıstan (4%), Türkiyə (2%), Birləşmiş Krallıq (2%), digər ölkələrə (5%)- (Ukrayna, Çexiya, Belçika, Belarus, İspaniya, Niderland, Malayziya, Avstraliya, Çin, Oman, İsrail, Almaniya, İraq, Səudiyyə Ərəbistanı) ixrac edilib. İxrac statistikasına nəzər yetirdikdə 2019-cu ilin fevral ayı ilə müqayisədə ixracda 2,2 milyon ABŞ dolları dəyərində artım müşahidə olunub.
"İxrac İcmalı"nın yanvar sayında "Pay Ring" rəqəmsal ödəniş sisteminin icrasına başlanılması, Azərbaycan şirkətlərinin "Beynəlxalq Yaşıl Həftə 2020" sərgisində iştirak etmələri və s. məsələlər barədə də məlumatlar verilib.
"İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum sonxeber cəbhədən son xeber bugunun xeberleri