Azərbaycanda bu qida əlavələrinin satışı qadağan edildi - SİYAHI

Azərbaycanda bu qida əlavələrinin satışı qadağan edildi - SİYAHIAzərbaycanda ötən ay üzrə bioloji fəallığa malik qida əlavələri (BMFQƏ) ilə bağlı keçirilən ekspertizanın nəticələri məlum olub.
KONKRET.az xəbər verir ki, daxil olan müraciətlərdən 4-nə mənfi rəy verilib.
Xitam verilən müraciətlərin sayına gəlincə, bu rəqəm 9-dur.
Mənfi rəy verilən qida əlavələri aşağıdakılardır:
Təqdim olunan sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dağ kalsiumu D3 (tablet, №80) adlı məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından ölkə ərazisində istifadəsi mümkün deyil. Təqdim olunan sənədlərə əsasən məhsulun təhlükəsizliyinə dair nəzərdə tutulmuş əksər sınaqların yerinə yetirilməsi ölkə və xalqımız üçün düşmən sayılan ölkədə həyata keçirilib.
Təqdim olunan sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maksilak (kapsul, №10) adlı məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından ölkə ərazisində istifadəsi mümkün deyil. Təqdim olunan sənədlərə əsasən məhsulun təhlükəsizliyinə dair nəzərdə tutulan əksər sınaqların yerinə yetirilməsi ölkə və xalqımız üçün düşmən sayılan ölkədə həyata keçirilib.
Azərbaycanda bu qida əlavələrinin satışı qadağan edildi - SİYAHIEkspertizaya təqdim olunan "Sorbilax Adult, 3.66g rektal birdəfəlik imalə №6" adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Məhsulun tərkibində gliserin inqrediyenti tibbi vasitələrə dair dünya standartlarının tələblərinə əsasən birbaşa lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz.
Ekspertizaya təqdim olunan "Sorbilax Kids, 1.83g rektal birdəfəlik imalə №6" adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Məhsulun tərkibində gliserin inqrediyenti tibbi vasitələrə dair dünya standartlarının tələblərinə birbaşa lokal farmakoloji təsirə malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz.
Müraciətlərinə xitam verilən 9 qida əlavələri isə bunlardır:
Alqa Bebi (tablet, №50) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilib ki, adı çəkilən məhsul 3 yaşdan uşaqlara, bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunur, lakin məhsulun tərkibində istifadə edilən "Fucus vesiculosus" bitkisi Avropa Dərman Agentliyinin tövsiyələrinə əsasən 18 yaşdan aşağı uşaqlara tövsiyə edilmir, kəhraba turşusu, dəniz onurğasızının çanağı və "Saccharina latissima" bitkisinin uşaqlara istifadəsinə dair kifayət qədər tədqiqat mövcud olmadığı üçün də, indiyə kimi tərkibində kəhraba turşusu və Saccharina latissima bitkisi olan, ekspertizadan rəy alan BFMQƏ-lər 14 yaşdan yuxarı şəxslərə (gələcəkdə həmin yaş həddinin 18-ə qaldırılacağı planlaşdırılıb) və dəniz onurğasızının çanağı (mussell shell) olan BFMQƏ-lər isə 18 yaşdan yuxarı şəxslərə tövsiyə edilib.
"Urtica dioica"(İkievli gicitkən )bitkisinin yarpağı, "Matricaria recutita"(Aptek çobanyastığı) bitkisinin çiçəkləri olan BFMQƏ-lər isə 4 yaşdan uşaqlara tövsiyə edilib. Həmçinin göndərilən sorğu məktubunda BFMQƏ-nin uşaq istifadəsi üçün tövsiyə edildiyini nəzərə alaraq, müvafiq tədqiqatların protokolları tələb edildiyi halda, həmin tədqiqatlar ekspertizaya təqdim edilməyib. Təqdim edilən sənədlər isə ekspertizanı qane etməyib. Təqdim olunmuş məhsulun 3 yaşdan kiçik uşaqlara BFMQƏ kimi istifadəsinə dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb.
Azərbaycanda bu qida əlavələrinin satışı qadağan edildi - SİYAHIPakistan istehsalı olan 281 seriyalı Diage-fit (Daxilə qəbul üçün məhlul-damcı 10 ml№25) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olunub ki, təqdim olunan məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyil. Təqdim olunan məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Türkiyə istehsalı olan Emamix (daxilə qəbul üçün məhlul 10 ml N15) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun sıxlığı 1.0771q/ml aşkar olunub ki, bu da normativ sənədlərdə (0.98 – 1.05q/ml) göstərilənlərlə uyğun gəlmir. Məhsula aid təqdim olunan tərkibə aid sənəddə "Arı südü" inqrediyentinin adı düzgün qeyd olunmayıb və bitki inqrediyentlərinin elmi adları göstərilməyib. Təqdim olunan məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün olmayıb, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab edilməyib.
"İnam Life MMC"-nin ünvanladığı məktuba cavab olaraq Kalmix (kapsul, №40) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin sərtliyi 5.96 Kpa (9.0 – 12.0 Kpa) aşkar olunub ki, bu da NS-də göstərilənlərlə uyğun gəlmir. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Həmçinin "İnam Life MMC"-nin göndərdiyi məktuba cavab olaraq Mustang (kapsul №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun tərkibində sildenafil 32.98 mq/kaps aşkar edilib. Həmçinin,məhsulun xarici görünüşü şəffaf, iki hissəli kapsul; tərkibi: qəhvəyi rəngli, xarakterik qoxulu toz (NS-ə əsasən kapsulun rəngi qəhvəyi olm alıdır) olaraq aşkar edilib. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Azərbaycanda bu qida əlavələrinin satışı qadağan edildi - SİYAHI"İnam Life MMC"-nin məktubuna cavab olaraq Naturafertil (toz, N60 saşe) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü qəhvəyi rəngli, ağ hissəcikləri olan, xarakterik qoxulu amorf toz kimi aşkar olunub ki, bu da normativ sənədlərdə (ağ rəngli toz) göstərilənlərlə uyğun gəlmir. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Prostoline (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olubolmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin xarici görünüşü qəhvəyimtil rəngli, uzunsov formalı, çilli aşkar olunmuşdur ki, bu da NS-də göstərilənlərlə (NS-ə əsasən dairəvi olmalıdır) uyğun gəlmir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Pulmax New (şərbət, 150 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhlulun ph-ı 1.667 (3.6 — 6.0) və sıxlığı 1.0875 q/ml (1.112 — 1.152 q/ml) aşkar olunub ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. Bundan başqa, məhsulun tərkibində olan bitkilərin xammalları göstərilməyib. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Revilon (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilib. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin xarici görünüşü ağımtıl rəngli, uzunsov oval formalı, qabarıq, qəhvəyimtil-qırmızı çilləri olan, spesifik qoxulu aşkar olunub ki, bu da NS-də göstərilənlərlə (NS-ə əsasən sarımtıl rəngli və sarı çilləri olmalıdır) uyğun gəlmir. Təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyil. Məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmayıb.
Xatırladaq ki, BMFQƏ dərman vasitəsi deyil.

Sağlamlıq       Tarix: 02 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri şou biznes xəbərləri apa.az xeberler sonxeberler