Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir - SİYAHI

Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir - SİYAHIAzərbaycanda hansı şəxslərə dərmanların pulsuz verildiyi açıqlanıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur. "Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında, yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir. Boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir".
Bildirilib ki, agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur: "Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar".
Həmçinin qeyd olunub ki, Agentliyin icrasında olan aşağıdakı Dövlət və Tədbirlər Proqramı çərçivəsində dərman təminatı ödənişsiz həyata keçirilir:
• Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı
• Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı
• Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı
• Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı
• Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
• Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
• Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı (cari ilin fevral ayının sonuna kimi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir)
Bundan əlavə, COVID-19 xəstəliyinə yoluxan vətəndaşlara ambulator şəraitdə dərman paketinin təminatı Bakı şəhəri üzrə Səhiyyə Nazirliyi, digər şəhər və rayonlar üzrə isə TƏBİB tərəfindən həyata keçirilir. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil.

Sağlamlıq       Tarix: 26 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycanda son xeberler xeber az ən son xeberler en son xeber