Azərbaycanda COVID-19-a yoluxma sayının artmasının səbəbi AÇIQLANDI
Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Mərkəzin baş infeksionisti Fərrux Sədirov hesab edir ki, gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır.
Mütəxəssis bildirir ki, yayılan virus xüsusilə "Omikron" ştammıdır ki, onun da bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir:
"Omikron" əsasən hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. keçə bilər. Düzdür, indi də bu öz aktuallığını qoruyur, amma adıçəkilən ştamm əsasən üst-tənəffüs yollarında olur. "Omikron"dan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır".
F.Sədirov virusa yoluxmuş şəxsin yeddi günlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib:
"Əgər hazırda 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında bir nəfər ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxuculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır.
Əgər şikayətlər davam edərsə belə, 7 gündən sonra yoluxuculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə sadəcə 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız sıfıra yaxınlaşır".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto