Azərbaycanda mebelin qiymətinin artması gözlənilir

Azərbaycanda mebelin qiymətinin artması gözlənilirYaxın vaxtlarda Azərbaycanda mebelin qiymətinin artması gözlənilir, ona görə istehsalçılar indidən mebel əldə etməyi tövsiyə edir.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir sıra məhsula tələbat xeyli azalıb. Bu, təklifə də öz təsirini göstərib: Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana 120.7 mln. manatlıq, 2020-ci ildə isə 89.07 mln. manatlıq mebel və onun hissələri gətirilmişdir.
Bakı mebel mağazaları arasında keçirilən sorğu nəticəsində məlum olub ki, hal-hazırda, tikinti materiallarının qiymətinin artdığı şəraitdə, tələbatın az olması, mebel və onun hissələrinin qıtlığı, daşınma qiymətinin artması səbəbindən qiymətlər artıq 15-20 faizədək bahalaşıb və bu artım ən azı ilin sonunadək davam edəcək. Qiymətlərin qalxmasına baxmayaraq, yayın əvvəlindən yerli bazarda alıcılar arasında əhəmiyyətli dərəcədə dirçəliş qeydə alınıb. Bunlar əsasən cehizlik mebel ilə maraqlanan müştərilərdir.
Saytının məlumatına əsasən, müştəriləri ilk növbədə qonaq otağı dəstləri, özəlliklə də stol-stul, künc divanları və digər yumşaq mebellər maraqlandırır.
Bundan əlavə, mətbəx mebeli və yataq mebeli bölməsində də sabit artım qeydə alınıb.
Yay mövsümünün əvvəlindən sayt istifadəçilərinin bağ mebelləri bölməsindəki elanlara baxış sayı 70 faiz artıb. Bu da satıcıları orada daha çox məhsulların yerləşdirilməsinə sövq edir.

İqtisadiyyat       Tarix: 22 iyun 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber qarabag valyuta mezennesi 2026 son xabar