Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır - FOTO

Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır - FOTOLənkəran rayonunda Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə nazir İnam Kərimov, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və AMAL Akademiyası Qış Məktəbinə qoşulan 23 rayondan 46 gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: "Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 faizdən çox artıb".
Kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artırılmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır: "Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən digər sahələrdə olduğu kimi gənclərin aqrar sahəyə cəlbi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aqrar Məşğulluğun Artırılması Layihəsinin məqsədi də gənclərin aqrar sahəyə marağını artırmaqdır. Bu layihə gənclərin öz arzusuna çatması üçün bir vasitədir. AMAL Akademiyası Qış Məktəbi aqrar sahəyə ciddi maraq göstərən gənclərin gələcəkdə birgə fəaliyyətinin və şəbəkələşməsinin təmin edilməsi üçün uğurlu başlanğıcdır".
Tədbirdə çıxış edən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, ölkədə bütün sahələrdə genişmiqyaslı yenidənqurma işləri aparılır. O bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məntiqi davamı kimi aqrar sahədə reallaşdırılan tədbirlər nəticəsində gənclərin aqrar sahəyə marağını artırıb.
AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə aqrar sahənin inkişafı, gənclərin kənd təsərrüfatının inkişafında rolu barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Səfər çərçivəsində tədbir iştirakçıları Lənkəran rayonunun Bürcəli kəndində AMAL layihəsi çərçivəsində salınmış sitrus meyvə baglarına baxış keçirib, gənc fermerlərlə görüşüblər. Bu meyvə bağı nümunəvi təsərrüfat modeli əsasında salınıb, gənclərin aqrar sahəyə marağının artırılması, AMAL layihəsinin iştirakçılarında peşəkar vərdişlərin formalaşdırılması məqsədi daşıyır.
Daha sonra "Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı" dəyər zənciri layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, aqrobiznes dəyər zəncirlərinin yaradılması Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə icra etdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi"nin aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi sub-komponenti çərçivəsində innovativ fəaliyyətlərindən biridir.
Dəyər zənciri çərçivəsində Lənkəran, Astara və Masallı rayonlarından olan, 155 hektar sahəyə malik 11 fermerin "Faran" MMC emal müəssisəsi ilə əməkdaşlığı və onun vasitəsilə məhsulun bazara çıxışı nəzərdə tutulub. Emal müəssisəsinə alınmış müasir avadanlıq xətti sayəsində emal həcmi 8 dəfə artaraq 1 iş növbəsində 1 tondan 8 tona çatdırılıb. Müasir avadanlıq hesabına təmiz düyünün çıxışı 40%-dən 58%-ə çatıb. Qırıq düyünün çıxışı isə 30%-dən 8%-dək azaldılıb.
Qeyd olunub ki, "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib və son 2 il ərzində çəltikçilik sahəsinə yerli fermerlərin marağı artıb.Çəltik istehsalı ilə məşğul olan fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb. Dəyər zəncirləri layihəsi ölkədə ilk dəfə olaraq müqavilə əsaslı təsərrüfatçılığı həyata keçirir. Bu model emal müəssisəsi ilə müqavilə bağlamış fermerlərin məhsul satışı probleminin tam şəkildə aradan qaldırılmasına əsaslanır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum sonxeber cəbhədən son xeber bugunun xeberleri