Azərbaycanda pambıq əkininə start verildi

Azərbaycanda pambıq əkininə start verildiAzərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimov Biləsuvar rayonunun Ağaəlikənd kəndində fermer Nurəddin Mirzəyevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib. Nazirə məlumat verilib ki, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Bildirilib ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib.
Nazir bildirib ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır:
"Artıq sahələrdə intensiv səpinə start verilir. Pambıq əkini ilə bağlı 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanıb, əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Hazırda Biləsuvar rayonunda pambıq səpini prosesində iştirak edirik. Rayon üzrə 10 603 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Biləsuvar rayonunda pambıqçılığın gözəl ənənələri var. Təkcə ötən il biləsuvarlı fermerlər 30 min tona yaxın pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər".
Nazir pambıqçılığa dövlət dəstəyi, bu ildən tətbiq olunan yeni subsidiya qaydaları barədə fermerlərə məlumat verib.
İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb:
"Hazırkı mərhələdə koronavirusun yayılmasının qarışısını almaq üçün dövlət tərəfindən görülən zəruri tədbirlərin fermerlərin aqrar fəaliyyətinə ciddi təsiri yoxdur. Aqrar sektorda fəaliyyət xüsusi karantin rejimi tələblərinə uyğun qurulur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, rayonlardan orta və iri tonnajlı maşınlarla paytaxta, digər böyük şəhərlərə və rayonlara kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına icazə verilir. Fermerlər yerli icra hakimiyyəti orqanlarından aldıqları arayış əsasında məhsullarını sərbəst şəkildə paytaxt, böyük şəhərlər və rayonlara gətirib sata bilərlər. Eyni zamanda, məhsullar heç bir maneə olmadan bazarlara çıxarılır, həmçinin xarici ölkələrə ixrac edilir".
Nazir İnam Kərimov əlavə edib ki, Ölkə Prezidenti cənab İlham Əliyev aprelin 14-də "Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb:
"Aqrar sahə Cənab Prezidentin daim diqqət və qayğısında olan bir sahədir. Dövlət başçısının aprelin 14-də imzaladığı Sərəncam fermerlərimizə əlavə bir dəstəkdir. Bilirsiniz ki, xusisilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunur. Cənab Prezidentin imzaladığı Sərəncam fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Yeni Sərəncam fermerlərə girov tələb etmədən mikrokreditlərin verilməsini nəzərdə tutur".
Fermer Nurəddin Mirzəyevə məxsus 6 hektarlıq sahədə kütləvi səpin işlərinə 2 çiyidsəpən aqreqat cəlb olunub. Çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 15 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər