Azərbaycanda pandemiya bir neçə aydır ki, bitib – AÇIQLAMA
Son günlər ölkəmizdə COVİD-19 infeksiyasına yoluxanların sayı kəskin azalıb. Bu gün cəmi beş nəfər yoluxma qeydə alınıb. Bir neçə gün əvvəl isə bu göstərici sıfır idi.
Yoluxanların minimum həddə düşməsi artıq pandemiyanın bitməsi deməkdirmi? Belə bir şəraitdə niyə bəzi karantin tələbləri hələ də qüvvədə qalır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını tibb üzrə ekspert, həkim-radioloq cavablandırıb. O bildirib ki, pandemiya artıq bitib:
"Pandemiya Azərbaycanda bir neçə aydır ki, bitib. Gündəlik 5-10 nəfərin yoluxması pandemiya demək deyil. Bu gün ölkəmizdə qripə yoluxanların sayı koronavirusa yoluxanların sayından daha çoxdur. Ona görə də biz pandemiyanı bitmiş hesab edirik. Bu mənada hesab edirəm ki, ölkəmizdə bütün karantin qaydaları ləğv edilməli və quru sərhədləri dərhal açılmalıdır. Quru yolu ilə səfər etmək istəyənlərin ölkədən çıxışı asanlaşdırılmalıdır. Lakin ölkəyə gələn qonaqları yoxlamaq lazımdır. Həmçinin, vaksin pasportu tələbi ləğv edilməlidir. Vaksin olmaq istəyən şəxslər könüllü olaraq vaksin oluna bilər".
Həkimin sözlərinə görə, pandmeiyanın bitməsi üçün ÜST-ün raportunu gözləmək lazım deyil:
"Ümumdünya Səhiyyə Təşkilatı dünyada öz etibarını itirmiş bir təşkilatdır. Onlar bəzi məsələlərdə obyektiv yanaşma irəli sürür. Qurumun pandemiya dövründə bir neçə dəfə yanlış qərarlar verdiyinin şahidi olduq. ÜST əhali arasında panika yaradaraq insanları təşvişə saldı. İndi həmin qurumun pandemiyanın bitib-bitməməsinə dair rəylərinə güvənmək olmaz".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto