Azərbaycanda qadın sahibkarların sayı üç dəfəyə qədər artıb

Azərbaycanda qadın sahibkarların sayı üç dəfəyə qədər artıb"Son yeddi ildə Azərbaycanda qadın sahibkarların sayı üç dəfəyə qədər artıb".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.
Onun sözlərinə görə, 2012-ci ildə qadın sahibkarların sayı 74 minə yaxın, 2019-cu ildə isə 196 mindən çox olub. Son yeddi ildə qadın sahibkarların sayının artması ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması, onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.
S.Talışinskaya qeyd edib ki, əsas məqsəd qadınlarda özünə inam hissini artırmaq, onların həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır. Buna nail olmaq üçün kiçik və orta biznesin dəstəklənməsi prosesində gender ehtiyaclarının ödənilməsi üçün kompleks qiymətləndirmələr aparılır.
Komitə rəsmisi hesab edir ki, ölkədə qadınların real olaraq iqtisadi hüquqlarının həyata keçirilməsi, habelə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlərin qadınlara təsiri ilə bağlı əlavə araşdırmaların və təhlillərin aparılmasına ehtiyac var.
Onun fikrincə, qadınların iqtisadi resurslara əlçatanlığı ilə bağlı statistik məlumatların toplanması və qadınlara düzgün yönəldilməsi sahəsində işlər gücləndirilməlidir.
Qadınların səlahiyyətləndirilməsi istiqamətində ən vacib məsələlərindən biri onların iqtisadi asılılığının azaldılması olduğunu deyən komitə səlahiyyətli qeyd edib ki, qadın sahibkarlığının inkişafı və stimullaşdırılması məqsədilə regionlarda qadın sahibkarlara biznesin formalaşdırılmasında və idarə olunmasında dəstəyin göstərilməsi ilə bağlı tədbirlər gücləndirilib.
Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi; aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi bəndləri çərçivəsində qadınlar arasında məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlər həyata keçirilməsi nəzərdə tutulub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 22 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın dövlət borcu bu qədərdir

2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəy

"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırıla

Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir

Rəqəmsal bankçılıqda innovativ addımları ilə seçilən Yelo Bank, müştərilərinə bütün bank hesablarını eyni tətbiqdən nəzarətdə saxlamaq üstünlüyü təklif edir. Açıq Bankçılıq (Open Banking) prinsipləri əsasında ərsəyə gələ

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını

Neft ucuzlaşdı

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 29 may 2026-cı ildən bəri ilk dəfə olaraq barrel üçün 90 dollardan aşağı düşüb. . xəbər verir ki, Bakı vaxt

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sekto

Pensiyaçılara şad xəbər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, ödənişlər bu gün həyata keçirilib

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi en sonxeber valyuta son xeber