Azərbaycanda süni ətin dadsız şorbası - RƏY + FOTO

Azərbaycanda süni ətin dadsız şorbası - RƏY + FOTOAzərbaycanda süni ətin dadsız şorbası - RƏY + FOTO
Sosial şəbəkələrdə bitki mənşəli zülal və yağlardan istifadə edərək süni yolla ət istehsal olunduğu ilə bağlı məlumat dolaşır. Bəzi ekspertlər kolbasa-sosis məhsullarının bitki mənşəli zülallardan, yağlardan əldə edilmiş süni ətlərdən istehsal edildiyini deyirlər. Hətta Azərbaycanda həmin məhsullardan geniş istifadə olunduğunu söyləyiblər.
Bəs görəsən, Azərbaycanda süni ətlərdən istifadə olunurmu?
Mövzu ilə bağlı Oxu.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda süni ət mövcud deyil:
Azərbaycanda süni ətin dadsız şorbası - RƏY + FOTO"Azərbaycanda hələlik yoxdur. Amerika və Çində daha çox yayılıb. Belə ətlər xaricdən idxal olunur. Belə süni ətlərin insanlara zərərli təsirləri var. Qida Təhlükəsizliyi Agentliyi bu kimi məsələlərə nəzarət edir. Agentlik belə halları aşkar etsə, dərhal qadağa edər və ya əhaliyə xəbərdarlıq olunar".
E.Hüseynov qeyd edib ki, xaricdən idxal olunan kolbasalar süni ətdən hazırlana bilər:
"Azərbaycanda süni ətdən istifadə olunmur. Xaricdən, xüsusən də Rusiya və Ukraynadan idxal olunan kolbasalarda bu fakt aşkarlana bilər, lakin təəssüflər olsun ki, istehlakçılar xaricdən idxal olunanlara üstünlük verirlər. Lakin yerli istehsal ekoloji cəhətdən daha təmizdir".
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova qeyd edib ki, süni ət orqanizmdə çatışmazlıqlar yaradacaq:
Azərbaycanda süni ətin dadsız şorbası - RƏY + FOTO"Bunu dünya praktikasında istifadə edirlər. Dünyada süni ət istehsalı başlayıb. Bu uzun sürən prosesdir. Ucuz başa da gəlmir. Bu səbəbdən kolbasa və digər qidalarda istifadə edilə bilməz. Bir neçə bitkidən zülal götürülür və kimyəvi maddələrdən də rəngləmək üçün istifadə edirlər. Bu, insan orqanizmə yaxşı təsir etməyəcək. Çünki ətdən aldığımız xüsusi vitaminlər var. Süni ətlərdə bunlar olmayacaq. Bu da orqanizmdə çatışmazlıq yaradacaq".
M.Hüseynova əlavə edib ki, süni ət bir çox xəstəliklərin yaranmasına səbəb olacaq:
"Bədəndə maddələr mübadiləsi pozulur, şişkinlik yaranır. Həzm sistemi zədələnir. Bu qidalar qaraciyərdə toksinlərinin yığılmasına səbəb olur. Qaraciyər və digər daxili orqanlarda xəstəlik yaradır".
Qida mütəxəssisi halal adı altında satılan bəzi kolbasaların və sosislərin keyfiyyətsiz çıxdığını bildirib:
"Ucuz olduğu üçün insanlar daha çox üz tuturlar. Həmin məhsullar xəstəliklərə daha çox səbəb olur. Onlar immun sistemini çökdürür. Bu gün satışda süni ət yoxdur".
M.Hüseynova adi istehlakçının süni əti təbii ətdən seçə bilməyəcəyini söyləyib:
"Adi bir istehlakçının seçməyi çətindir. Köhnə ətləri bəzən təzə göstərmək üçün rəngləyirlər. Normal ətin köhnəsini belə fərqləndirə bilmirlər. Qalıb ki, sünini təbiidən ayırmaq. Yalnız peşəkarlar bunu edə bilərlər".
Nəzrin Vahid

Maraqlı       Tarix: 08 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər sou xeberler kriminal xeber son xeber 2026