Azərbaycandan Qazaxıstana gəmi daşımalarına məhdudiyyət götürüldü
Koronovirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyatı qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra Azərbaycandan bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişin və yük avtomobillərinin daşınmasına da icazə verilib. Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb.
Bununla belə, İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək.
Qərarla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub.
Qeyd edilib ki, hazırda ASCO-ya məxsus "Professor Gül" gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə başa çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanı istiqamətinə yola düşəcək.
Milli.Az /news.milli.az

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub