Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq məsələləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında əlaqələrin müxtəlif, o cümlədən iqtisadiyyat, nəqliyyat, turizm sahələrində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
COP29-a sədrliyimiz çərçivəsində irəli sürülən təşəbbüslərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyi ilə mübarizə sahəsində də İndoneziya ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.
Daha sonra, nazirlər tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında" Saziş imzalanıb.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb