Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında mobil operator Azərbaycan Milli komandasının məğrur tərəfdaşıdır
Azxeber.com xəbər verir ki, Avqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verilir. "Azercell Telekom" MMC Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı olmaqla növbəti dəfə ölkəmizdə paralimpiya hərəkatına sədaqətini nümayiş etdirir.
Təqdirəlayiq haldır ki, bu oyunlarda Milli Paralimpiya komandası rekord sayda lisenziya ilə Azərbaycanı təmsil edir. Tokioda yarışacaq Azərbaycan Milli Paralimpiya Komandasına 23 kişi və 12 qadın olmaqla 35 idmançı daxildir. İdmançılarımız altı idman növü: cüdo, atletika, taekvondo, pauerliftinq, üzgüçülük və güllə atıcılığı üzrə 47 kateqoriyada medallar uğrunda mübarizə aparacaqlar. Bu il açılış mərasimində Paralimpiya çempionu Oloxan Musayev komandamızın bayraqdarıdır.
Azercell Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında məğrur tərəfdaş olmaqla, oyunların ruhunu paylaşmağa və paralimpiya hərəkatının təşviqinə kömək edir. Böyük sosial əhəmiyyəti olan və mənəvi dəyərləri əks etdirən Paralimpiya oyunları dünya idman hərəkatında ən önəmli hadisələrdən birinə çevrilməkdədir. Son illər Paralimpiya oyunlarında iştirakçıların sayı və ölkələrin coğrafiyası ildən-ilə artır.
Azərbaycanda da paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. Azercell şirkəti 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsini dəstəkləyir. Bu dəstək sayəsində hazırda sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetmə 10 idman növü üzrə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə "Azercell Telekom" MMC-nin iştirakı ilə hər il ölkəmizdə Uşaq Paralimpiya oyunları təşkil edilir.
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunlarında dünyanın 136 ölkəsindən 4400 idmançı iştirak edir. Onlar 22 idman növü üzrə 540 dəst medal uğrunda yarışacaqlar. Azərbaycanlı idmançılar indiyədək Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.
Olimpiya dəyərlərinə dəstək olan Azercell şirkəti idmançılarımız üçün sayca 7-ci olan bu oyunlarda komandamıza əzmlə çıxış etməyi, möhtəşəm qələbə ilə Vətənə dönməyi arzulayır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar