"Azərkosmos" yanvar-mart ayları ərzində 20 milyon manat gəlir əldə edib
"Azərkosmos" dünyada davam edən Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin birinci rübünü uğurla başa vurub. Belə ki, "Azərkosmos" bu ilin yanvar-mart ayları ərzində telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə ümumi 20 milyon manat həcmində gəlir əldə edib.
"Azərkosmos"dan Milli.Az-a bildirilib ki, bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur.
Gəlirin 88%-i peyk xidmətlərinin ixracından əldə olunub. "Azərkosmos" dünyanın 24 ölkəsinə peyk xidmətlərinin ixracını həyata keçirib və bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və BƏƏ böyük üstünlük təşkil edir.
Ümumilikdə, bu ilin birinci rübü ərzində Koronavirus pandemiyası qlobal səviyyədə əksər sahələrə olduğu kimi peyk xidmətləri bazarına da mənfi təsirini göstərir. Buna baxmayaraq "Azərkosmos" peyk xidmətləri üzrə Fransanın "GORSE & Co", "Zeppit", İtaliyanın "M-Three Sat", Avstriyanın "Zebrafish", İspaniyanın "Oasis Networks", ABŞ-ın "UltiSat", Hindistanın "Sofstol, "Mediatech PVT", Rusiyanın "Rusiya Peyk Rabitəsi", "VES-Media", Afrikanın "Sairtek", "GlobeCast" və "Telly4Africa" şirkətləri ilə yeni müqavilələr rəsmiləşdirib. Yeni müqavilələrə əsasən adı çəkilən şirkətlər "Azerspace-1" və "Azerspace-2" peyklərinin tutumlarından istifadə etməklə telekommunikasiya xidmətləri təqdim edirlər.
Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları "Azersky" peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və ekoloji monitorinqdə istifadə ediblər.
Bununla yanaşı may ayından etibarən "Azərkosmos" Universal Yerüstü Stansiya sayəsində Yaponiyanın "İnfostellar" şirkəti ilə imzaladığı müqavilə əsasında müxtəlif peyk operatorlarına məxsus peyklərin keçidlərinə imkan yaradacaq.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar