"B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?

"B" vitaminlər qrupu maddələr mübadiləsi və sinir sisteminə vacibdir, lakin onların faydalı olması üçün düzgün qəbul qaydalarına əməl etmək lazımdır.
KONKRET.az-ın Oxu.Az-a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Nataliya Şvedova bəyan edib.
Onun sözlərinə görə, "B3" vitamini (niasin) yemək zamanı və ya dərhal sonra qəbul edildikdə daha yaxşı mənimsənilir, həmçinin ürəkbulanma və dəridə qızartı kimi yan təsirləri azaldır.
"Bu vitaminin günün birinci yarısında qəbul olunması məsləhətdir, çünki axşam qəbul yuxu pozuntusuna səbəb ola bilər. Niasinin mənimsənilməsi üçün orqanizmdə kifayət qədər maqnezium olmalıdır. Maqnezium mənbələri: qoz-fındıq, toxumlar və yarpaqlı göyərtilərdir. Alkoqol və bəzi dərmanlar (xüsusilə antikoaqulyantlar və xolesterin əleyhinə preparatlar) ilə birlikdə qəbul edildikdə, niasinin yan təsirləri arta bilər", – deyə o bildirib.
Həkim bildirib ki, "B5" vitamini də yeməklə birlikdə və günün birinci yarısında qəbul olunmalıdır.
"Maqnezium onun aktiv formaya çevrilməsinə kömək edir. Bu vitaminin mübadiləsi üçün sistein amin turşusu da vacibdir (toyuq əti, brokkoli, sarımsaqda olur). Bəzi maddələr, məsələn, tetrasiklin qrupundan olan antibiotiklər, "B5″in mənimsənilməsinə mane olur – bu halda 2-3 saatlıq fasilə vermək lazımdır. Kofein çoxluğu (gündə 400 mq-dan artıq) "B5" səviyyəsini azalda bilər.
Ekspert hər iki vitaminin protein, taxıl, tərəvəz və qoz-fındıqla zəngin balanslı qidalanma fonunda daha yaxşı sorulduğunu qeyd edib.
"Onlar "B1", "B2" və "B6" ilə birlikdə qəbul edildikdə effektlidir. Amma "B3", "B5" və "B7″ (biotin) vitaminlərinin yüksək dozada eyni anda qəbulu aralarında rəqabətə səbəb ola bilər. Həmçinin kalsium və dəmirin yüksək miqdarı maqnezium və sinkin mənimsənilməsini azalda bilər".
Endokrinoloq bildirib ki, ən yaxşı nəticə üçün vitaminləri sabit və yumşaq formalarda qəbul etmək tövsiyə olunur (məsələn, B3 – nikotinamid, B5 – kalsium pantotenat).
"Xroniki xəstəlik və ya dərman qəbulu varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır", – deyə o sözlərini yekunlaşdırıb.

Sağlamlıq       Tarix: 13 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər hava durumu xeberler bu gun dunya xeberleri