Bakıda Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçirilir - FOTO

Bakıda Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçirilir - FOTOMartın 4-də Azərbaycan Beynəlxalq Françayzinq Forumu - "Caspian Franchise" öz işinə başlayıb.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, agentliyin təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən Forumun məqsədi kiçik və orta biznes (KOB) subyektləri üçün yeni fəaliyyət sahələrinin genişləndirilməsi, ölkəmizdə françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.
Franşiza sahiblərinin, investorların, sahibkarların və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq istəyənlərin iştirakı ilə keçirilən Forumun açılış mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüb, Forumun müvafiq sahənin inkişafında və bu istiqamətdə fikir mübadiləsinin aparılmasında, eləcə də françayzinq məhsullarının təqdim olunmasında əhəmiyyətini qeyd ediblər.
Ölkəmizdə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platforma olan "Caspian Franchise" Forumu Konfrans və Sərgi olmaqla iki hissədən ibarətdir və martın 5-dək davam edəcək. ForumunKonfrans hissəsində Azərbaycanda françayzinqin ən aktual problemləri yerli və xarici mütəxəssislərin və sahibkarların iştirakı ilə müzakirə ediləcəkdir. Konfrans çərçivəsində "Françayzinq haqqında ümumi biliklər", "Uğurlu franşizanı necə qurmaq olar?", "Franşizanı necə dəyərləndirməli?", "Françayzinqin hüquqi aspektləri", "Françayzinqlə öz biznesinin fərqi nədir: françayzinq və şəxsi biznes" mövzularında panellər təşkil olunacaq.
Forumun Sərgi hissəsi isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə yerli şirkətlərimizin birbaşa işgüzar görüşlərini təşkil etmək və bu çərçivədə françayzinq sahəsində əməkdaşlığı təşviq etmək imkanı yaradır. Müxtəlif xarici və yerli brendlər üzrə franşizləri təqdim edən şirkətlərin iştirak etdiyi sərgidə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri də göstərilir. Sərgidə yerli şirkətlər KOBİA-nın dəstəyi ilə öz məhsul və xidmətlərini xüsusi stenddə təqdim edirlər.
"Biznesin yarandığı yer" devizi ilə keçirilən "Caspian Franchise" Forumu françayzinq haqqında ətraflı məlumat almaq, uğurlu investisiya fəaliyyəti və yeni biznesə başlamaq üçün əlverişli imkanlar yaradır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son durum sonxeber cəbhədən son xeber bugunun xeberleri