Bakıda saxlanılan fransalı casusun həbs müddəti UZADILDI

Bakıda saxlanılan fransalı casusun həbs müddəti UZADILDIÖtən ilin sonlarında Bakıda casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Martin Ryanın həbs qətimkan tədbiri uzadılıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun atası Riçard Ryan AFP informasiya agentliyinə açıqlamasında bildirib.
Onun vəkili Nizami Əliyevin məlumatına görə, Martin Ryanın məhkəməsi cümə axşamı baş tutumalı idi, ancaq proses təxirə salınıb.
Riçard Ryan oğlunun Azərbaycandan qovulan iki fransalı diplomatla əlaqəli olduğunu bildirib. O, həmin diplomatların Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin (DSGE) əməkdaşları olduğunu qeyd edib. Riçar oğlu ilə telefonla danışığını və onun DSGE tərəfindən istifadə edildiyini vurğulayıb.
Fransa vətəndaşı 2023-cü il dekabrın 4-də həbs edilib. Məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Ryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinir.
Bir müddət əvvəl "Kernews" nəşrində Martin Ryanın valideynlərindən geniş məlumat almış erməni əsilli aktivist-jurnalist Leo Nikolyanın müsahibəsi dərc edilib.
Leo Nikolyan deyir ki, Fransada vergilər və müxtəlif standartlar ətrafında problemləri görüb başqa yerə getmək istəyib. Onun sözlərinə görə, Martin beş il əvvəl Bakıya köçüb. "O düşünür ki, burada görüləsi iş tapmaq mümkündür, çünki bu, son dərəcə müasir və zəngin bir ölkədir. Bundan əlavə, Bakı həm də tam təhlükəsizliyi təmin edən bir şəhərdir. Təcavüz, narkotik və oğurluq yoxdur… Beləliklə, bazar araşdırmasından sonra o, Azərbaycanda varlı təbəqənin olması ilə yanaşı, həm də əhəmiyyətli sayda orta təbəqənin formalaşmasını nəzərə alaraq bu ölkədə məskunlaşmaq qərarına gəlib", – Nikolyan bildirib.
Martin Ryan uzun araşdırmalardan sonra Fransa istehsalı olan yüksək səviyyəli, xüsusən də sous hazırlamaq üçün məhsulları Bakıya gətirmək qərarına gəlib. "Merkorama" adlı şirkət bu məqsədlə yaradılıb. Qeyd edək ki, sözügedən şirkət 2020-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 13, M8, m. 5-də yerləşir. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınıb.
Erməni jurnalist Martinin Bakıda nişanlandığını təsdiq edib. Bir müddət əvvəl Fransa mətbuatında onun azərbaycanlı qadınla nişanlı olduğu barədə xəbərlər yayılıb.
Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib. Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb. Rəsmi Paris Martin Ryanın əsassız ittihamlarla tutulduğunu iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi ittihamlara cavab verib.
Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib.

Siyasi       Tarix: 06 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xabarlar apa.az xeberler son xeber az