Bakıda sərnişin avtobusda sürücünün başını şüşəyə vurub partlatdı - VİDEO
Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb.
AZXEBER. COM APA-ya istinadən bildirir ki, 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib.
Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb. Xuliqanlıq əməlinə davam edən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb.
Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib.
Xəsarət alan sürücüyə tibbi yardın göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR