Bakıdan qayıdan Ərdoğandan təyyarədə AÇIQLAMA

Bakıdan qayıdan Ərdoğandan təyyarədə AÇIQLAMAİqlim mövzusu qlobal gündəmin ən kritik mövzularından biridir. Türkiyə ekoloji problemlərə müharibə, münaqişə və miqrasiya qədər ciddi yanaşır.
KONKRET.az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
Türkiyə lideri COP29 sessiyası çərçivəsində göstərdiyi səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını ifadə edib.
O, COP29-un əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Azərbaycanda iqlim müzakirələri bu sahədə BMT-nin dialoqu üçün əsas platformadır.
Türkiyə Prezidenti xatırladıb ki, COP29 Liderlər Sammiti 80 ölkənin dövlət və hökumət başçılarını bir araya toplayıb. "Azərbaycanda keçirilən iqlim sammitinin əsas məsələsi "iqlim maliyyələşməsi" olub. İqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşən inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün maliyyə mənbələrinin tapılması yolları müzakirə edilir", – deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Liderlər Sammitinin iştirakçıları 2009-cu ildə Danimarkada keçirilən görüşdə elan edilmiş iqlim məqsədləri üçün 100 milyard dolların ayrılmasını müzakirə ediblər. "2025-ci ildən sonrakı dövr üçün planlar və yeni dəstək mexanizmlərinin formalaşdırılması imkanı da nəzərdən keçirilib", – deyə Türkiyə Prezidenti davam edib.
Dövlət başçısı Bakıda keçirilən COP29 iştirakçılarına iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin prioritetlərini təqdim etdiyini bildirib. "Ölkəmiz qlobal ekoloji səylərə öz töhfəsini verməyə davam edəcək", – deyə o əmin edib.
Siyasətçi xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən "Sıfır Tullantı" layihəsinə də diqqət çəkib. "Beynəlxalq səviyyədə geniş dəstək alan bu layihə haqqında COP29 iştirakçılarına məlumat vermişəm. Həmçinin bərpaolunan enerji mənbələri hesabına ağac əkilməsi, su ehtiyatlarının tənzimlənməsi və enerjinin inkişafı üzrə illik ümummilli kampaniya haqqında danışmışam", – deyə Türkiyə dövlətinin başçısı söyləyib.
O qeyd edib ki, bu gün Türkiyə bərpaolunan enerji mənbələrindən istifadə etməklə enerji istehsal gücünə görə Avropada beşinci, dünyada isə 11-ci yerdədir.
İqlim gündəminin mövzusuna qayıdan Ərdoğan qeyd edib ki, hökumət ekoloji məsələlərə xüsusi diqqət yetirir. "Biz ölkənin davamlı artımını qorumaq üçün tədbirlər görməyə davam edəcəyik. Bununla belə, iqlim məsələsi bir və ya bir qrup dövlətin səylərindən çox-çox kənara çıxan bir mövzudur. Uzunmüddətli həllər yalnız birgə səylərlə mümkündür. Bəzi dövlətlər bunu edir, bəziləri isə daha böyük fayda əldə etmək üçün ətraf mühitə məhəl qoymurlar", – deyə Ərdoğan bildirib.
Türkiyə lideri COP29 çərçivəsində keçirilən ikitərəfli görüşlərdən də danışıb:
"Böyük Britaniyanın baş naziri, Azərbaycan, Qazaxıstan, Moldova və Monteneqro prezidentləri ilə danışıqlar aparılıb".

Siyasi       Tarix: 14 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri en son xeber hava durumu xeberler bugun 2026