Balasanyan Azərbaycandan necə qaçdığından danışdı: "Gördüm ki, heç kim yoxdur…"
Qarabağdan Ermənistana qaçmış qondarma "artsax təhlükəsizlik şurasının keçmiş katibi", Xocalı qatili Vitali Balasanyan Azərbaycanı necə tərk etməsindən danışıb.
KONKRET.azxəbər verir ki, erməni jurnalistlər Balasanyandan Azərbaycanı necə tərk etdiyini soruşublar.
Xocalı qatili KİV nümayəndələrinə bu barədə geniş danışmaq istəməyib.
"- Azərbaycandan çıxmağı necə bacardınız?
– Sakitcə, gördüm ki, heç kim yoxdur, çıxıb gəldim. Qoy detallar sirr olaraq qalsın. Aidiyyatı dövlət qurumları müraciət edəndə, necə gəldiyimi deyəcəm, orada işarələrin olduğunu görəcəklər".
Vitali Balasanyan həm qondarma "artsax rejimi"nin, həm də Ermənistanın "xaç qəhrəmanı"dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra "artsax təhlükəsizlik şurasının katibi" kimi fəaliyyət göstərib.
V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir.
Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağə tərk edərək Ermənistan istiqamətinə yollanıb.
Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib. (Modern.az)
Kurslar.az kurslar [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev