Balıqdan zəhərlənmənin qarşısını necə alaq?

Balıqdan zəhərlənmənin qarşısını necə alaq?Mövsümünün başlanması ilə istər bazarlarda, istərsə də marketlərdə bir-birindən fərqli görünüşə, dada və qiymətə malik balıqlar piştaxtalarda yer alıb. Balığın daha çox istehlak edildiyi "r" olan aylarda zəhərlənmə halları da baş verir. Balıqdan zəhərlənməmək üçün nə edək?
KONKRET.az bildirir ki, bu barədə Trend-ə danışan toksikoloq Aynur Məmmədova bildirib ki, balıqdan zəhərlənmə halları, adətən, məhsul köhnə olanda olur.
"Təzə balıqdan zəhərlənmələrə çox nadir hallarda rast gəlinir. Balıqdan zəhərlənmə o vaxt olur ki, balıq sudan çıxarılandan sonra uzun müddət soyuducudan uzaq saxlanılır, yol gəlir, içəridən iylənməyə başlayıb xarab olur. Bu balıqlardan istifadə edildikdə zəhərlənmə baş verir. Buna da toksikoinfeksiya deyilir. Həmin vaxt xəstədə ürəkbulanma, qusma olur", – o qeyd edib.
Həkim bildirib ki, zəhərlənmələr, əsasən, hisə verilmiş balıqlardan olur:
"Ev şəraitində, kustar üsulla hazırlanan hisə verilmiş balıqlardan botulizm deyilən ağır qida zəhərlənməsi baş verir. Bu halda 60-70%-dən çox xəstələrdə ölüm hadisəsi baş verir. Botulizmin ilkin əlamətləri halsızlıq, ağızda quruluq, qusma, xəstədə iki görmə, tor görmə, danışığında problemlərdir. Bu əlamətlər olarsa, xəstəxanaya müraciət olunmalıdır. Dərhal xəstəyə botulizm əleyhinə zərdab vurulmalıdır. Mütləq həkim nəzarətində qalmalıdır. Belə xəstələrin ev şəraitində müalicəsi ölümlə nəticələnə bilər".
O vurğulayıb ki, balıqdan zəhərlənmənin qarşısını almaq üçün təzə balıq mütləq soyuducuda, buzlu yerdə saxlanılmalıdır. Əgər soyuducusuz şəraitdə daşınırsa, mütləq balıq təmizlənməlidir.

Sağlamlıq       Tarix: 14 oktyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətin

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Xərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən bir

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum xeber saytlari xabarlar en sonxeber