Balqabaq minbir dərdə dəvadır

Balqabaq minbir dərdə dəvadırPayız və qış fəsillərində piştaxtalarda yerini tutan balqabaq insan sağlamlığı üçün çox faydalıdır. 
KONKRET.az xəbər verir ki, balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla, C, K, E vitaminləri ilə zəngin olan bir tərəvəzdir.
Soyuq ayların əvəzolunmaz qidalarından olan balqabağın tərkibində yüksək miqdarda lif var. Lifin köməyi ilə bağırsaqlar daha yaxşı və daha sürətli işləyir.
Tərkibində olan yüksək miqdarda A vitamini dərinin və bədən toxumasının özünü yeniləməsinə kömək edir. Balqabaq xüsusilə şorba kimi istehlak edildikdə dərinin nəmlənməsinə kömək edir.
Balqabaq minbir dərdə dəvadırBalqabaq kalorisi az olan qidadır. Ona görə də bu tərəvəzi rahatlıqla pəhriz siyahısına əlavə etmək olar. Eləcə də göz və beyin sağlamlığına böyük faydası olan balqabaq Alzheimer xəstəliyinin qarşısını alır.
Balqabağın tərkibindəki mineral elementlər anemiyaya qarşı qalxan rolunu oynayır və immunitet sistemini gücləndirməyə kömək edir. Pis xolesterolu azaldır və ürək sağlamlığını qoruyur.
Həmçinin balqabaq yumşaldıcı xassəyə malikdir, sidikqovucu və tərqovucudur. Susuzluğu aradan qaldırır. Tərkibində Omeqa-3 var və yaddaşı gücləndirir.
Balqabaq minbir dərdə dəvadırBalqabaq tumu
Balqabaq tumunun faydaları da sağlamlıq üçün əhəmiyyətlidir. Həzm sistemini çox tənzimləyir və sümük quruluşunu gücləndirir. Aparılan tədqiqatlara görə, balqabaq tumunun istehlakı prostat xərçəngi, qadınlarda isə süd vəzi xərçəngi riskini azaldır və müalicəsində mühüm rol oynayır.
Balqabaq toxumu əhvali-ruhiyyəni yaxşılaşdırmağa, depressiya əlamətlərini azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Gündəlik bir ovuc balqabaq toxumu sidik funksiyalarını tənzimləyir və prostat xərçəngi riskini azaldır. Qan şəkərini aşağı saldığı üçün diabet xəstələrinə tövsiyə edilən qidalar arasındadır. Bundan başqa dişlərin və sümüklərin inkişafını dəstəkləyir.
Balqabaq minbir dərdə dəvadırBalqabaq suyu
Balqabaq suyunun da faydaları az deyil. Belə ki, balqabaq şirəsi böyrəklərin fəaliyyətini aktiv saxlayır. Böyrəklərdə və sidik kisəsində daş və qum yığılması kimi xəstəliklərin qarşısını almağa kömək edir.
Balqabaq suyu yüksək qan təzyiqini azaltmağa kömək edir. Əlavə olaraq bu tərəvəzin şirəsi damarları təmizləyir və ürək xəstəliyi riskini azaltmaqda böyük rol oynayır.
Balqabaq minbir dərdə dəvadırTərəvəzin vitamin və mineral dəyərlərini itirməməsi üçün yemək istədiyiniz zaman qabığını soyub doğrayın. Beləliklə, qida dəyərinin itirilməsinin qarşısı almış olacaqsınız.//Qafqazinfo

Sağlamlıq       Tarix: 05 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta