Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!

Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirdiyi layihələri ilə elmə, təhsilə xüsusi diqqət ayıraraq cəmiyyətin inkişafına töhfə verən Bank of Baku, "Milli KSM Mükafatı"na layiq görüldü.
Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və "Proaktiv" şirkətinin birgə təşkil etdiyi "Milli KSM Mükafatı 2019" müsabiqəsində "Onlar Sevinsin" layihəsi ilə iştirak edən Bank of Baku qaliblər sırasında öz yerini aldı.
"Onlar Sevinsin" layihəsi "Milli KSM Mükafatı 2019"un komissiyası tərəfindən BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədlərindən dördüncüsü Keyfiyyətli təhsil - "Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək" istiqaməti üzrə qalib seçildi. Müsabiqə qalibləri İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, "ASAN xidmət", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təyin olunub.
Qeyd edək ki, təhsilə dəstək məqsədilə keçirilən və artıq silsilə xarakteri daşıyan "Onlar Sevinsin" ilə Bank of Baku yüzlərlə məktəblinin sevincinə səbəb olub. Layihənin ilk ilində Bank of Baku-nun əməkdaşları Azərbaycanın 3 ucqar dağ kəndinə - Lerikin Andurma, Qubanın Qalaxudat və Şəkinin Təpəcənnət kəndlərinə, ikinci ilində Azərbaycanın işıq adası, nur şəhəri sayılan Şirvan şəhərinə, 2019-cu ildə isə Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndlərinə səfər edərək ümumilikdə 300 nəfərə yaxın məktəblini sevindiriblər. Növbəti illərdə də keçirilməsi planlaşdırılan layihənin əsas məqsədi, yeni dərs ilinə hazırlaşan məktəbliləri - ucqar kənd məktəblərində oxuyan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin etmək və  onların təhsilinə dəstək olmaqdır.
Onlar Sevinsin layihəsinin görüntüləri ilə aşağıdan tanış bilərsiniz:
#OnlarSevinsin 2019 - 
#OnlarSevinsin 2018 - 
#OnlarSevinsin 2017 - 
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com 
www.facebook.com/bankofbaku /news.milli.az

İqtisadiyyat       Tarix: 28 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər