"Bank Respublika"nın sosial layihəsi daha bir mükafat qazanıb

"Bank Respublika"nın sosial layihəsi daha bir mükafat qazanıbÖtən il çoxsaylı xeyirxah sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə ikinci dəfə olaraq keçirilən "Milli KSM Mükafatı 2019″ müsabiqəsinin yenidən qalibi seçilib.
Müsabiqədə 2019-cu ildə həyata keçirilən 50-dən çox sosial layihə iştirak edirdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Asan Xidmət, CSR Europe, CSR Turkey, PROAKTIV PR Agentliyi və bır sıra qeyri-hökumət  və özəl təşkilatların təmsil olunduğu Münsiflər Heyəti "Bank Respublika"nın fiziki məhdud uşaqlar üçün həyata keçirdiyi "Mən də bacararam!" layihəsini "Milli KSM" mükafatına layiq görüb.
Qeyd edək ki, Bankın layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan "Layiqli əmək və iqtisadi artım məqsədi" nominasiya üzrə seçilib.
Belə ki, 1 ay davam edən layihə çərçivəsində Bank tərəfindən fiziki məhdud uşaqlar üçün əl işləri üzrə təlimlər təşkil olunub. Təcrübəli müəllim və psixoloqlar tərəfindən aparılan təlimlərdə uşaqlar müxtəlif əl işləri sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib. Layihənin sonunda, Bankın Baş ofisində uşaqların hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgi bankın əməkdaşları və müştəriləri tərəfindən böyük maraqla qarşılanıb və qısa bir müddətdə uşaqlar tərəfindən hazırlanan əl işləri satın alınıb.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank Respublika üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. /news.milli.az

İqtisadiyyat       Tarix: 27 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler son xeberler 2026 cəbhədən yeni xəbərlər cəbhədən görüntülər