Baqratın bu sözü revanşistləri pərt elədi: "Tələsdi"

Baqratın bu sözü revanşistləri pərt elədi: Mayın 9-da ilk mitinqdə keşiş Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan könüllü getməsə, müxalifət fraksiyalarının onu kənarlaşdırmaq üçün impiçmentə başlayacağını bəyan edəndə tələsdi. Növbəti mitinqdə o, müstəqil deputat İşxan Zakaryanla iki dəfə görüşdüyünü, prosesə qoşulacağına və təşəbbüs üçün çatışmayan bir səsi təmin edəcəyinə söz verdiyini bildirmişdi. Amma Zakaryandan səs çıxmadı.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
"Məlumata görə, impiçment məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər, keşiş son günlər parlament qüvvələrinin nümayəndələri ilə söhbətlərində dolayı yolla buna eyham vurub. Onun sözlərinə görə, Paşinyanın impiçment edilməsi məsələsini indiki mərhələdə parlamentə gətirmək məqsədəuyğun deyil. Üstəgəl, proses uğursuz alınsa, qanuna görə, altı aydan tez bu təşəbbüslə çıxış etmək qadağandır. İndiki halda təşəbbüsün uğurlu olacağı çətindir, çünki müxalifətin kifayət qədər səsi yoxdur, nəticə əldə etmək üçün 54 deputatın səsi lazımdır", – nəşr bildirir.
Parlamentdə mütləq çoxluq hakim "Vətəndaş Müqaviləsi" Partiyasındadır. Təşəbbüs baş tutacağı, yəni parlamentdə səsverməyə çıxarılacağı halda hakim partiyanın bunun lehinə seçim edəcəyi inandırıcı görünmür.
"(Revanşistlər) bu qənaətə gəliblər ki, mübarizəni parlamentə keçirmək hələ tezdir, ona görə də impiçment və konstitusiya dəyişikliyi məsələləri bir müddət təxirə salınacaq. Konstitusiya dəyişiklikliyinə gəlincə, bu, ikili vətəndaşlığı olanların baş nazirliyə namizəd olmasını qadağan edən müddəanın çıxarılması ilə bağlıdır", – məqalədə deyilir.
Özünü baş nazirliyə namizəd elan edən Baqrat həm də Kanada vətənaşıdır. Mövcud qanunvericilik ona baş nazirliyə namizəd olmağı qadağan edir.
Revanşistlər küçələrdə kütləviliyi pik həddə çatdırıb Ermənistan hökumətini impiçment və konstitusiya dəyişikliyinə məcbur etməyə çalışsalar da, orada da işləri rəvan getmir. Cəmiyyət arxasında sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dayandığı Baqratın dəstəsinə qoşulmaq istəmir.
Hərəkata Rusiyanın dəstək verdiyi iddiaları erməniləri hərəkatdan yan keçməyə vadar edən əsas amillərdən sayılır. "Hraparak" bildirir ki, Rusiyanın bir sıra aparıcı KİV-ləri, o cümlədən TASS, "Vedomosti", "İnterfaks", "RİA Novosti", "Nastoyaşe Vremya", Lenta.ru və sair media qurumları Baqratın rəhbərlik etdiyi hərəkat haqda müsbət yazırlar. Həmçinin Rusiyanın "Birinci Kanal"ı mayın 26-da İrəvanda keçirilən son mitinqə açıq dəstək vermişdi./teleqraf.com

Siyasi       Tarix: 28 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun son.xeberler sonxəbərlər en son xeberleri