Bəlğəmdə qan görünərsə - Nədən şübhələnməli, hara getməli?

Bəlğəmdə qan görünərsə - Nədən şübhələnməli, hara getməli?Qanlı öskürək - bəlğəmdə görünən qan izləridir. Bəlğəmdə qanın bir dəfə görünməsi 90% hallarda kəskin, güclü öskürək nəticəsində kiçik damarların zədələnməsi və orqanizmdə vitamin çatışmamazlığı səbəbindən yarandığına görə təhlükəli sayılmır. Lakin simptom təkrarlanarsa həyəcan siqnalı çalınmalı və kompleks müayinə üçün tibbi müəssisəyə müraciət olunmalıdır.
Milli.Az medicina.az-a istinadən torakal cərrah Arif Ağayevin bəlğəmdə qanın hansı ağciyər xəstəliklərinin əlaməti olması barədə açıqlamasını təqdim edir.
- Nəfəs borusu və bronxların biopsiya, bronxoskopiya və s.dən sonra travmatik zədələnməsi. Bu halda qanlı öskürək simptom yox, nəticə hesab edilir;
- Kəskin bronxit - qanlı bəlğəmlə yanaşı bədənin temperaturu da yüksəlir;
- Xroniki bronxit - bəlğəmdə qanla yanaşı irin də görünür;
- Pnevmoniya - temperaturun qalxması, döş qəfəsində və kürəkdə ağrılar, boğulma, sanki "paslı" bəlğəmdə görünən qan izləri;
- Ağciyərlərin absesi - uzunmüddətli qızdırma, irinli və qan ləkələri olan bol bəlğəmlə müşayiət edilən öskürək, gecə tərləmələri, ağızdan gələn xarakterik pis qoxu, iştahsızlıq, sinədə ağrılar;
- Vərəm - bədən temperaturunun uzun müddət 37-37,5 olması, iştahsızlıq və çəkinin düşməsi, sağalmayan, irinli, qanlı bəlğəmlə müşayiət edilən öskürək;
- Ağciyər arteriyasının emboliyası - çox vaxt damar xəstəliyi olan və ya hər hansı əməliyyatdan sonra baş verən ağciyər arteriyasının tıxanmasıdır. Bu halda boğulma, kəskin sinə ağrılar, bir neçə saatdan sonra isə qanlı öskürək baş verir.
- Bronxoektaziya - ağciyərlərin anadangəlmə və ya qazanılmış xəstəliyidir. Əlamətləri uzunmüddət davam edən, irinli, qanlı bəğəmlə müşayiət edilən öskürək, təngnəfəslik, zəiflik, arabir temperaturun yüksəlməsi;
- Respirator mukovissidoz - vəzilərin fəaliyyətinin pozulması ilə müşayiət olunan ağciyərlərin irsi xəstəliyidir. Əlamətləri: tez-tez baş verən uzunmüddətli soyuqdəymə, irinli, qanlı bəlğəmli öskürək:
- Ağciyər xərçəngi - onkoloji patologiya. Uzunmüddətli, bəlğəmində qanlı, sapabənzər ləkələri olan öskürək, sinədə ağrı, təngnəfəslik, tərləmənin artması, tədricən çəkinin düşməsi;
- Fiziki yüklənmələr zamanı təngnəfəsliliklə müşayiət edilən qanlı öskürək ürək xəstəliyinin də əlaməti ola bilər;
- Mədə, qida borusu və onikibarmaq bağırsağın bəzi xəstəlikləri zamanı da qanlı qusma yarana bilər. Bu halda qan laxtaları tünd qırmızı rəngdə, qanaxma isə bol olur.
Bəlğəmdə qan olmasının səbəbini dəqiq müəyyənləşdirmək və düzgün müalicə təyin etmək üçün aşağıdakı diaqnostika metodlarından istifadə olunur:
- Bəlğəmin laborator analizi;
- Tərin laborator analizi;
- Qanın ümumi analizi;
- Koaquloqramma;
- Döş qəfəsinin rentgeni;
- Bronxoskopiya;
- Ətraflı kompüter tomoqrafiyası;
- Elektrokardioqrafiya və exokardioqrafiya;
- Fibroezofaqoqastroduodenoskopiya (FEQDS)
Qanlı öskürəyin müalicəsi onun yaranma səbəbindən asılıdır: kəskin və ya xroniki bronxitdə və pnevmaniya zamanı antibiotiklərlə müalicə kursu, vərəmdə vərəm əleyhinə preparatlar, abses və bronxoektatik xəstəlik zamanı cərrahi müdaxilə, xərçəng olan halda isə əməliyyat və başqa müalicələr təyin edilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu azerbaycanda son xeberler metbuat xeberleri xeberler az