Binəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR

Binəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR18 mart 2025-ci il tarixində  "Konstitusiya və Suverenlik İli" çərçivəsində Binəqədi rayonunda "Novruz bayramı" münasibətilə tədbir keçirilib.
azxeber.com xəbər verir ki, suveren Azərbaycanımızda xalqımızın  sevimli bayramı olan Novruz bayramı hər il olduğu kimi böyük coşqu ilə qeyd edilir. Bu münasibətlə ölkəmizin hər bir tərəfində bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bayram günlərindəki şənliklər öz kütləviliyi ilə seçilir. Hər bir məkanda olduğu kimi Novruz ərəfəsində Binəqədi rayonunun bütün ərazilərində parklar bayramsayağı bəzədilib, səmənilər quraşdırılıb. 
Binəqədi rayonunda bu il "Novruz bayramı" 7-ci mikrorayon Abay Kunanbayev-66 ünvanında Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın  təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində yaradılan məhəllədə   keçirildi.  Bayram  tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi qonaqlar və rayon ictimaiyyətin nümayəndələri, məhəllə sakinləri iştirak edirdilər. Tədbirdə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş etdirildi, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə insanları şənləndirdilər. 
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edərək, hər kəsə xoş bayram ovqatı arzuladı. 
Tədbir iştirakçıları bayramı yüksək sevinc hissi ilə qeyd etdilər. Bayramda müğənnilərin ifasında müxtəlif şən mahnılar səsləndi, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirdi və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs etdilər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzuladılar.
Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə səslədi. Hazırlanan müxtəlif növ  bayram şirniyyatları tədbir iştirakçılarına təklif olundu.
Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş etdi.
Novruz bayramınız mübarək! Hər birinizə bahar əhval-ruhiyyəsi, süfrələrinizə bol ruzi-bərəkət, ölkəmizdə əmin-amanlıq və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!
Binəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLARBinəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLARBinəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLARBinəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLARBinəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLARBinəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLARBinəqədidə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR

Sosial       Tarix: 19 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Benzin qiyməti kəskin ucuzlaşdı

Türkiyədə benzinin bir litrinin satış qiymətində 5,90 lirəlik ucuzlaşma olub. yenisabah-a istinadən xəbər verir ki, ölkə daxilində qəbul edilən yeni qiymət tənzimlənməsindən sonra endirim gecə yarısından etibarən Türkiyədək

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne axsam az xeberler maliyye xeberler bugun kriminal xeber