Bir Vətənsən, adın Ağdam

Bir şəhərsən, adın Ağdam... Yadındadır? 28 il əvvəl qoynundakı ağ damların üzərini qara buludlar aldı...
Saya bildinmi? Neçə günahsız insanın qanı torpağına qarışdı?
Bəs de, görüm?.. Yerə sərilib səni qucaqlayan neçə körpənin göz yaşını canına çəkdin?
Ehh... Ağdam... Nə qara günlər gördün belə?! Bilirəm... "Təki bəxtin ağ olsun!" kəlməsini çox eşitmisən... Yəqin ki, "Qafqazın Xirosiması" adını almaq elə də asan iş deyil. Nə də urbisidin açıq nümunəsi olmaq...  Düşmənin zamanında ağ elədiyini hər kəsdən çox sən bilirsən. O ağılsız düşmən ağanın kim olduğunu necə unutmuşdu, görəsən?
Gəl, dostum, sarıl boynuma... Ürəyini boşalt... Ağına-qarasına baxmadan söy düşmənin üzünə... İllərlə sənin üzərində gəzən o çirkin ayaqlar artıq geri addımlayıb. Eşitmisən? Bizim əsgər bu dəqiqə onların yuxusuna girən ən qorxulu kabusdur.
Qulaq as... Daha bunları yadına salıb qanını qaraltmaq istəmirəm... Nəhayət ki, ağ günə çıxmağını qeyd etməyə gəlmişəm. Evimin damını yenidən ağartmaq istəyirəm.
Göyə bax, buludların rəngi də ağarıb. Yoxsa sənin yolunda canını fəda edənlərin nur üzüdür görünən? Mmmm, burnuma cənnət qoxusu gəlir... Sən nə gözəlsən belə? Süddən çıxmış ağ qaşıq kimisən. Heç kim və heç nə səni kirlədə bilmədi.
Ayaq səslərini eşidirsən? 10 milyon azərbaycanlı sənə sarı gəlir. Son damla qanını belə sənin bir qarış torpağın uğruna verməyə hazır 10 milyon əsgər...
Sənə kədər yaraşmır... Sənə kədər yaraşmır. Artıq gülümsəmək zamanıdır. Ən məsum gülüşün sahibi də elə sənsən. İçimdəki sevgi boyda şəhərsən... Yox, sən bir Vətənsən, adın Ağdam... Adın Ağdam!
Könül Əlibəyli
Bir Vətənsən, adın AğdamBir Vətənsən, adın Ağdam

Sosial       Tarix: 25 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər butun xeberler qarabag azerbaycan son xeber bugun