Bitkisinə əl vurmaq olmur, ancaq çayı çox faydalıdır
Ağciyər xəstəlikləri və zəif immunitet problemi ilə mübarizədə təbii vasitələrə arasında gicitkən xüsusi yer tutur.
KONKRET.az xəbər verir ki, mütəxəssislərin fikrincə gicitkən tərkibindəki vitamin, mineral və antioksidantlarla immun sistemini gücləndirir və xüsusilə ağciyərləri zərərli maddələrdən təmizləməyə kömək edir. Bu səbəbdən də ağciyər xəstəliklərinə qarşı qoruyucu təsir göstərir və ümumi sağlamlığa fayda verir.
Gicitkən ən çox may-avqust ayları arasında yığılır və xüsusilə çay formasında istifadə edilir. C vitamini, dəmir və yodla zəngin olan bu bitki, həm orqanizmi möhkəmləndirir, həm də dərini yeniləyərək sızanaqları azaldır, həzmi asanlaşdırır və enerji verir.
Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, gicitkənə qarşı allergiyası olan şəxslər bu bitkidən istifadə etməməlidirlər. Bəzi hallarda dəridə qızartı, qaşınma, şişkinlik, hətta nəfəs darlığı və huş itkisi kimi ciddi allergik reaksiyalar yarana bilər.
Gicitkən çayı hazırlanarkən bir yemək qaşığı qurudulmuş gicitkən kifayətdir. Bitki qaynar suya əlavə olunmalı və 5-7 dəqiqə dəmlənməlidir. Daha sonra süzülərək içilə bilər. Mütəxəssislər gündə sadəcə bir stəkan içməyi tövsiyə edirlər, çünki artıq miqdarda qəbul edildikdə orqanizmdə su itkisinə və elektrolit pozuntularına səbəb ola bilər.//Milli.Az

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…